Bakıda hasarın aşması nəticəsində bir nəfər ölüb.
Lent.аz-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, Zeytun küçəsində qeydə alınıb.
Güclü külək hasarı aşırıb. Nəticədə 1980-cı il təvəllüdlü Rüfət Qasımov dağıntı altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.