top
Bakıda məktəbli formaları fərqli qiymətə satılır
14 avqust 2026, 15:09
- ↺ +

Bakıda məktəbli formaları fərqli qiymətə satılır

Yeni tədris ilinin başlamasına təxminən 1 ay qaldığı dönəmdə artıq bəzi mağazalarda məktəbli formalarının satışı həyata keçirilir.

Bu məqsədlə bir neçə ticarət məkanında məktəbli formalarının qiymətləri ilə maraqlanılıb.

Müşahidə aparılan bir neçə satış məntəqəsində məktəbli formalarının qiymətlərinin dəyişkən olduğu qeydə alınıb.

Belə ki, mağazaların birində qısaqol köynək 23-27 manat, uzunqol köynək 25-27 manat, klassik şalvar 20-28 manat, ipli şalvar 20-30-35 manat, jaket 25-35 manat, ətəklər isə 25-35 manat arasında təklif edilir. Formanın üzərinə məktəbin embleminin vurulması isə 1,5 manata başa gəlir.

Mağazanın satış üzrə mütəxəssis bildirib ki, onların satışa çıxardıqları Türkiyə istehsalı olan məktəbli formaları tam pambıq parçadan hazırlanır və tiftiklənmir.

Digər satış mərkəzində isə köynək 15 manat, ətək 13 manat, şalvar 20, jaketlər isə 23 manatdan başlayan qiymətə satılır.

Bakı Tikiş Evi (BTE) Satış şöbəsinin müdiri Etibar Əzimov isə açıqlamasında bildirib ki, istehsal etdikləri məktəbli formaları keçən il olduğu kimi bu il də endirimli qiymətlərlə satışa çıxarılıb:

"Əvvəllər 20 manata satılan şalvar və ətəklərin qiyməti indi 15 manata endirilib. Jaketlər 30 manat əvəzinə 22 manata, polo köynəklər isə 12-14 manata təklif olunur".

O, BTE-də məktəbli formalarının Türkiyə, Belarus və Özbəkistandan gətirilən yüksək keyfiyyətli parçalardan hazırlandığını vurğulayıb.

E.Əzimov məktəbli formalarının satışının ilboyu davam etdirildiyini diqqətə çatdırıb:

"Ölkə üzrə fəaliyyət göstərən 8 satış mərkəzində hər gün səhər saat 09.00-dan axşam 18:00-a kimi valideynlər istədikləri ölçüdə forma əldə edə bilərlər".

Şöbə müdiri dərs ilinin başlamasına az müddət qaldığını nəzərə alaraq məktəbli formalarının alışını tezləşdirməyi tövsiyə edib:

"Vaxt az qaldığından satış məntəqələrində sıxlıq və növbələr yarana bilər. Bu səbəbdən, valideynlərin məktəbli formalarını əvvəlcədən alması həm rahat seçim imkanlarını genişləndirir, həm də növbədə gözləmədən alış-veriş etməyə şərait yaradır".

mənbə: report.az

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Bu gün, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Bu gün, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Bu gün, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Bu gün, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Bu gün, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Bu gün, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Bu gün, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Bu gün, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Bu gün, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
Dünən, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
Dünən, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
Dünən, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
Dünən, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Dünən, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Dünən, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Dünən, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Dünən, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Dünən, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Dünən, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Dünən, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Dünən, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
Dünən, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
01 oktyabr 2026, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
01 oktyabr 2026, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
01 oktyabr 2026, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Oxşar xəbərlər