top
Bakıda mənzili harada daha ucuz kirayələmək olar: İki və üçotaqlı evlərin qiymətləri
15 avqust 2026, 10:34
- ↺ +

Bakıda mənzili harada daha ucuz kirayələmək olar: İki və üçotaqlı evlərin qiymətləri

Köhnə və yeni tikililərdə təmirli, əşyalı və oxşar mənzilləri müqayisə etdik.

Bakuplus.az iri elan platformalarında və açıq qruplarda yerləşdirilən aktual təklifləri araşdırıb. Müqayisəyə yalnız uzunmüddətli kirayəyə verilən, əşyalı, normal təmirli və qanuni otaq sayı olan mənzillər daxil edilib. Günlük kirayə, ayrıca otaqlar, 1-dən 2-yə və 2-dən 3-ə düzəldilmiş mənzillər, həmçinin premium yaşayış kompleksləri nəzərə alınmayıb.

Köhnə tikilidə ikiotaqlı mənzil axtaranlar üçün metroya yaxın ərazilər arasında ən münasib variantlara "Həzi Aslanov", "Neftçilər" və "Memar Əcəmi" stansiyalarının ətrafında rast gəlmək mümkündür. Sahəsi təxminən 45-60 kvadratmetr olan təmirli və əşyalı mənzillərin aylıq kirayəsi əsasən 600-650 manat təşkil edir.

"28 May" metrosunun yaxınlığında oxşar ikiotaqlı mənzil 700-850 manata başa gəlir. Halbuki həmin mənzil daha geniş və ya daha yaxşı təmirli olmaya bilər. Kirayəçi əlavə pulu ilk növbədə yerləşməyə görə ödəyir.

Yeni tikililərdə qiymət fərqi daha çox hiss olunur. "Həzi Aslanov" metrosunun ətrafında və Yeni Yasamalda normal ikiotaqlı mənzili təxminən 650 manata tapmaq mümkündür. "20 Yanvar" ərazisində qiymət 700, "Qara Qarayev"də 750-800, "Elmlər Akademiyası"nda isə 800-900 manat civarındadır. "Nəriman Nərimanov" metrosunun yaxınlığında oxşar mənzillər artıq 1050-1200 manata təklif olunur.

Üçotaqlı mənzillərdə də vəziyyət oxşardır. Köhnə tikilidə qanuni üçotaqlı mənzilin kirayəsi "Həzi Aslanov" metrosunun yaxınlığında təxminən 600-650 manatdır. "İnşaatçılar" və "Neftçilər" ətrafında belə mənzillər 650-700, "Nəriman Nərimanov"da təxminən 800, "Elmlər Akademiyası"nda isə 900-950 manata təklif olunur. "28 May" ərazisində yaxşı təmirli üçotaqlı mənzil üçün 1200 manat da tələb oluna bilər.

Yeni tikililərin müqayisəsi qiymət fərqini daha aydın göstərir. Sahəsi təxminən 100-130 kvadratmetr olan əşyalı üçotaqlı mənzil "Həzi Aslanov" ətrafında 750-800, Yeni Yasamalda təxminən 800, "Qara Qarayev"də isə 800-900 manata başa gəlir. "Nəriman Nərimanov"da belə mənzilin qiyməti 1000-1100, birbaşa "Elmlər Akademiyası" metrosunun yaxınlığında isə 1200-1400 manata çata bilər.

Metrodan gündəlik istifadə edənlər üçün əlverişli ərazilər arasında ən büdcəli seçim "Həzi Aslanov"dur. Burada həm iki, həm də üçotaqlı mənzillər nisbətən ucuzdur. "Qara Qarayev" və "Neftçilər" bir qədər bahadır, lakin bu ərazilərdə həm köhnə, həm də yeni tikililərdə seçim genişdir.

Yeni Yasamalın əsas üstünlüyü eyni qiymətə daha geniş mənzil tapmaq imkanının olmasıdır. Ancaq kirayə müqaviləsi bağlamazdan əvvəl işə və ya təhsil müəssisəsinə gündəlik gediş-gəlişin nə qədər rahat olacağını yoxlamaq məsləhətdir. Köhnə tikilidə münasib ikiotaqlı mənzil axtaranlar "Memar Əcəmi"ni və yaxınlıqdakı mikrorayonları da nəzərdən keçirə bilərlər.

"Nəriman Nərimanov" və "Elmlər Akademiyası" isə yerləşməyə görə daha çox ödəməyə hazır olanlar üçün uyğundur. Əsas məqsəd qənaət etməkdirsə, təmir və şərait baxımından oxşar mənzili "Həzi Aslanov", "Qara Qarayev", "Neftçilər" və ya Yeni Yasamalda axtarmaq daha məqsədəuyğundur.

Beləliklə, bahalı mərkəzi ərazilərdən kənarda normal təmirli və əşyalı ikiotaqlı mənzil üçün real büdcə 600-800 manatdır. Üçotaqlı mənzil axtaranlar köhnə tikilidə ən azı 650-700, yeni tikilidə isə 750-900 manat nəzərdə tutmalıdırlar.

Şübhəli dərəcədə ucuz elanlara xüsusi diqqət yetirilməlidir. 150-300 manata təklif olunan "mənzil" çox vaxt otaq və ya başqa kirayəçilərlə birgə yaşayış yeri, ucuz "üçotaqlı" isə ikiotaqlıdan düzəldilmiş mənzil olur. 

Kirayə haqqına adətən vasitəçinin 30 faizlik komissiyası da əlavə olunur. Məsələn, mənzilin aylıq qiyməti 650 manatdırsa, agentə əlavə 195 manat ödənilməlidir. Yeni tikililərdə depozit, eləcə də binanın aylıq komendant və xidmət haqqı da tələb oluna bilər.

 

 

 

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Bu gün, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Bu gün, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Bu gün, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Bu gün, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Bu gün, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Bu gün, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Bu gün, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Bu gün, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Bu gün, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
Dünən, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
Dünən, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
Dünən, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
Dünən, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Dünən, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Dünən, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Dünən, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Dünən, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Dünən, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Dünən, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Dünən, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Dünən, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
Dünən, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
01 oktyabr 2026, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
01 oktyabr 2026, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Xəbər
01 oktyabr 2026, 16:32

Bakıda 3 gün yağış yağacaq - XƏBƏRDARLIQ/YENİLƏNİB

Oxşar xəbərlər