Bakıda motosikletin yerüstü piyada keçidinə çırpılması nəticəsində sürücü ölüb.
Bu barədə Bakuplus.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, mayın 10-u saat 06:05 radələrində paytaxtın Xətai rayonu ərazisində motosikletçinin ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.
Belə ki, 8 Noyabr prospektində hərəkətdə olan 99 M 279 nömrəli motosiklet yoldan çıxaraq yerüstü piyada keçidinin dayaq konstruksiyasına çırpılıb.
Yüksək sürət səbəbindən baş verməsi ehtimal olunan ağır yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhər sakini, 26 yaşlı Raul İsgəndərov hadisə yerində ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.