Bakıda gənc oğlan parkda qızı döyüb.
Hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən parkda qeydə alınıb.
İttiham aktına görə, 22 yaşlı Tacir Məmmədov (şərti adla) parkda aralarında yaranmış mübahisə zamanı 17 yaşlı Mətanətin (şərti adla) üzünə əl ilə zərbələr vurub. Nəticədə qızın burnu sınıb və bir sıra başqa xəsarətlər alıb.
Faktla bağlı Tacir saxlanılaraq, barəsində cinayət işi açılıb.
Zərərçəkmiş şəxs ifadəsində Tacirlə barışdığını və ona qarşı şikayətinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və T. Məmmədov məsuliyyətdən azad edilib.
Mənbə: lent.аz