Nərimanov metrostansiyasında qadına əxlaqsızlıq edən şəxs saxlanılıb.
Teleqraf.az xəbər verir ki, 1979-cu il təvəllüdlü Neftçala rayon sakini Amil Babayev metro qatarının içərisində Gürcüstan vətəndaşı Elmiraya (ad-soyadlar şərti verilib – red.) qarşı qeyri-əxlaqi hərəkətlər edib.
Hadisəni törədən A.Babayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Amil Babayev 15 gün müddətinə inzibati qaydada həbs edilib.