top
Bakıda qadınlar saçyolduya çıxdılar
12 dekabr 2025, 15:30
- +

Bakıda qadınlar saçyolduya çıxdılar

Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İlhamə Qasımzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Samirə Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hadisə 2025-ci il 9 noyabr tarixində, saat 05 radələrində Bakı şəhəri, Sabunçu rayonu ərazisində qeydə alınıb.

İttihama görə, İlhamə Qasımzadə mübahisə zamanı zərərçəkmiş Həlimə Səfərovanın (adı, soyadı şərtidir) boğaz nahiyəsindən tutaraq üz nahiyəsinə şillə vurub, ona xəsarət yetirib. Ekspertiza bu xəsarətlərin dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulması ilə nəticələndiyini təsdiqləyib.

Məhkəmə istintaqı zamanı İlhamə Qasımzadə özünü təqsirli bilmədiyini deyib. O ifadəsində qeyd edib ki, uzun illərdir Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən kafedə işləyir və 9 ildir Mahal Səfərovla (adı, soyadı şərtidir) qeyri-rəsmi münasibətdə olub, ondan bir övladı var. Onun sözlərinə görə, Mahal həmin dövrdə  Həlimə Səfərova ilə rəsmi nikaha daxil olub və bu nikahdan da iki övladı dünyaya gəlib.

Təqsirləndirilənin ifadəsinə əsasən, hadisədən bir neçə gün əvvəl Həlimə onun və uşaqlarının fotolarını "TikTok" sosial şəbəkəsində paylaşaraq nalayiq ifadələr yazıb. Bu səbəbdən o, Həlimənin yaşadığı ünvana gedib və şəkillərin sosial şəbəkədən silinməsini istəyib.

İlhamə iddia edir ki, həmin vaxt mübahisə zamanı Həlimə onun saçından yapışıb və Mahal onu çölə çıxarıb.

Təqsirləndirilən şəxs zərərçəkmişi vurmadığını, ona qarşı irəli sürülmüş ittihamın əsassız olduğunu vurğulayıb. 

Məhkəmənin hökmü ilə ona 1000 manat miqdarında cərimə cəzası təyin edilib.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

Xəbər
Dünən, 17:26

"Yolu keçən uşaqlar, yaşlılar, hamı hər an risk altındadır" - Aparıcı Rəvan Bağırov

Xəbər
Dünən, 17:11

Dilarə Kazımovanın "Dəli" mahnısı Hollivud filmində səsləndirildi

Xəbər
Dünən, 17:06

Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi

Xəbər
Dünən, 16:30

Dövlət Agentliyi: "OBA Market" məhsulu göstərilən qiymətdən baha satıb

Xəbər
Dünən, 16:11

Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq

Xəbər
Dünən, 15:37

Qaradağda "Puta" idman zalı və minifutbol meydançası açıldı - FOTO

Xəbər
Dünən, 13:10

Bakıda klinika 29 min manat cərimələndi - Ali təhsili olmayan kosmetoloqun apardığı estetik əməliyyata görə…

Xəbər
Dünən, 12:42

Sabah 30 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:06

Polisə silahlı müqavimət göstərdi, zərərsizləşdirildi

Xəbər
Dünən, 11:59

Bakının 4 rayonunda kanalizasiya qəzaları aradan qaldırılacaq– 5.2 milyon ayrıldı

Xəbər
Dünən, 10:46

Kuryerin mopedindən oğurluq edildi - 50 yaşlı kişi saxlanıldı

Xəbər
Dünən, 09:51

Bakıda ağır qəza: ölən var

Xəbər
21 sentyabr 2026, 18:00

Bakıda tələbə vəfat etdi

Xəbər
21 sentyabr 2026, 17:10

Bakıda DƏHŞƏT: 40 yaşlı kişi yanaraq öldü

Xəbər
21 sentyabr 2026, 16:45

Azərbaycana gələcək bu şəxslər üçün viza prosedurları sadələşdirildi - SƏRƏNCAM

Xəbər
21 sentyabr 2026, 16:11

"Boşalan kəndlərimizə qayıdış proqramı lazımdır" - Zahid Oruc

Xəbər
21 sentyabr 2026, 15:20

Bakıda 31 yaşlı həkim vəfat etdi - Öd əməliyyatından sonra

Xəbər
21 sentyabr 2026, 14:22

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

Xəbər
21 sentyabr 2026, 13:37

"Bu gölməçə heç vaxt qurumur" - Nardaranlılar beziblər

Xəbər
21 sentyabr 2026, 12:59

Sabah Bakıda yağış yağacaq

Xəbər
21 sentyabr 2026, 12:13

Ramiz Mehdiyevin işi məhkəmə baxışına təyin olundu - YENİLƏNİB

Xəbər
21 sentyabr 2026, 11:23

Bu marşrut avtobusları "Şamaxinka"da saxlamayacaq

Xəbər
21 sentyabr 2026, 11:01

Kafedə iranlı ilə mübahisə etdi, digər müştərini bıçaqladı

Oxşar xəbərlər