top
Bakıda qonşular içki içib 30 manata görə dalaşdılar
Bu gün, 13:48
- ↺ +

Bakıda qonşular içki içib 30 manata görə dalaşdılar

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda qonşular arasında 30 manat üstündə yaranan mübahisə məhkəmə ilə nəticələnib.

Məlumata görə, hadisə 17 avqust 2025-ci ildə Suraxanı rayonunun Köhnə Suraxanı qəsəbəsində baş verib.

1990-cı il təvəllüdlü Bəhram qonşusu Zəlimxanla gecə saatlarında birlikdə içki qəbul etdikdən sonra mübahisə edib. Səbəb Zəlimxanın bank kartından xəbəri olmadan 30 manat çıxarıldığını düşünməsi və buna görə Bəhramı günahlandırması olub.

Bəhramın ifadəsinə görə, hadisədən əvvəl onlar iki ayrı kafedə birlikdə pivə içiblər. Daha sonra Zəlimxan onu həyətinə dəvət edib və birlikdə araq da içiblər. Kafedə pul göndərilməsi ilə bağlı yaranan qarışıqlıqdan sonra Zəlimxan hesabından 30 manatın çıxıldığını deyərək qonşusu ilə mübahisə edib.

Bəhram bildirib ki, Zəlimxan onu söyüb və yumruqla vurmağa cəhd edib. O isə qonşusunu özündən uzaqlaşdırmaq üçün iki dəfə sinəsindən itələyib. Nəticədə Zəlimxan müvazinətini itirərək yerə yıxılıb və xəsarət alıb.

Bəhram qəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirləndirilib. O, ittihamı qəbul etdiyini, hadisə zamanı hər ikisinin sərxoş olduğunu və sonradan qonşusu ilə barışdığını bildirib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Bəhram barəsində amnistiya aktı tətbiq edilib və o, cinayət məsuliyyətindən azad olunub.

Mənbə: Demokrat.az

Son xəbərlər

Xəbər
Bu gün, 13:05

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Bu gün, 12:49

Lavrov Bakıya gələcək

Xəbər
Bu gün, 12:02

"Bakı Ağac Emalı" ASC-də baş verən partlayışla bağlı yenidən kassasiya şikayəti verilib

Xəbər
Bu gün, 11:54

Bakıda arvadını qətlə yetirən türkiyəli iş adamı MİRASDAN MƏHRUM EDİLDİ

Xəbər
Bu gün, 11:38

AAYDA: Bakıda 90 küçə və prospektdə təmir yekunlaşıb

Aktual Xəbərlər
Bu gün, 10:16

Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Aktual Xəbərlər
Bu gün, 09:46

AQTA-ya işə qəbul və mənzilə çıxarış alınması adı ilə dələduzluq

Aktual Xəbərlər
Bu gün, 09:19

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar olub - RƏSMİ

Xəbər
Bu gün, 09:11

Bakının bir sıra ərazilərində qaz kəsiləcək

Xəbər
Bu gün, 00:01

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 18-ci günü

Xəbər
Dünən, 17:45

"Sərxoşluğu mənə xoş gəlmədi" — Bakıda kafedə Polşa vətəndaşını bıçaqladı

Aktual Xəbərlər
Dünən, 16:27

136 saylı məktəbdəki insidentdə iki şagird xəsarət alıb

Aktual Xəbərlər
Dünən, 13:33

Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb

Aktual Xəbərlər
Dünən, 12:48

Sabah hava necə olacaq?

Xəbər
Dünən, 11:44

Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ

İdman
Dünən, 11:17

"Neftçi" azarkeşlərinə görə 5000 manat cərimələndi

Aktual Xəbərlər
Dünən, 11:01

Qəbul imtahanlarında 3 mindən çox abituriyent 600 balı keçdi

Xəbər
Dünən, 09:54

Arvadını və qayınatasını öldürən, ömürlük həbsə məhkum edilən şəxs qərardan narazıdır

Aktual Xəbərlər
Dünən, 09:32

Çempionlar Liqası: "Sabah" Bakıda "Slaviya"nı qəbul edir

Aktual Xəbərlər
Dünən, 09:20

Əməkdar artist Hamlet Qurbanovun doğum günüdür

Xəbər
Dünən, 00:01

13 oktyabr 2020: Vətən Müharibəsinin 17-ci günü

Aktual Xəbərlər
12 oktyabr 2026, 17:34

"Qarabağ"da gözlənilməz ayrılıq

Aktual Xəbərlər
12 oktyabr 2026, 17:17

Bakıda küləkli hava gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ

Oxşar xəbərlər