top
Bakıda üç poliklinika birləşdirilir
21 avqust 2026, 18:00
- ↺ +

Bakıda üç poliklinika birləşdirilir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda fəaliyyət göstərən üç tibb müəssisəsi birləşdirilir.

TƏBİB-in tabeliyindəki 9, 21 və 27 saylı poliklinikaları vahid müəssisə kimi fəaliyyətini davam etdirəcək.

Faktı TƏBİB təsdiq edib.

Qurumdan bildirilib ki, aparılan təhlillər çərçivəsində 9, 21 və 27 nömrəli şəhər poliklinikalarının fəaliyyətinin vahid idarəetmə modeli əsasında təşkili nəzərdə tutulur.

"Sözügedən tibb müəssisələrinin eyni ərazidə və bir-birinə yaxın yerləşməsi və bir sıra inzibati funksiyalarının qarşılıqlı əlaqəli olması onların vahid idarəetmə modeli çərçivəsində fəaliyyətinin təşkilini məqsədəuyğun edir.

Dəyişikliklərin əsas məqsədi təkrarlanan inzibati və idarəetmə funksiyalarının aradan qaldırılması, mövcud resursların daha səmərəli bölüşdürülməsi və tibbi xidmətlərin təşkilinin təkmilləşdirilməsidir".

Qeyd olunub ki, yeni idarəetmə modelinə keçidlə əlaqədar olaraq müəssisələrin mövcud ştat strukturu, funksional bölgüsü və faktiki kadr ehtiyacı da yenidən qiymətləndiriləcək: "Struktur dəyişikliklərinin əsasən inzibati və idarəetmə funksiyalarında çalışan əməkdaşları əhatə edəcəyi gözlənilir. Bununla yanaşı, bütün vəzifələr üzrə qərarlar müəssisələrin real fəaliyyət və xidmət ehtiyacları nəzərə alınmaqla qəbul ediləcək.

Əmək müqaviləsinə işçinin təşəbbüsü ilə xitam yalnız əməkdaşın sərbəst iradəsi və şəxsi müraciəti əsasında mümkündür; struktur dəyişikliklərinin əməkdaşların öz ərizələri ilə rəsmiləşdirilməsi praktikasından istifadə edilmir. Hər bir əməkdaşla bağlı qərar müəssisələrin faktiki xidmət və kadr ehtiyacı, əməkdaşın ixtisası və peşəkarlıq göstəriciləri nəzərə alınmaqla fərdi qaydada qəbul ediləcək, əmək münasibətlərində hər hansı dəyişiklik isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə və qanunvericiliklə nəzərdə tutulan təminatlara tam riayət edilməklə həyata keçiriləcək".

Mənbə: teleqraf.az

Son xəbərlər

Siyasət
Bu gün, 13:10

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib

Xəbər
Bu gün, 12:49

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Aktual Xəbərlər
Bu gün, 12:14

Mətbuat Şurasına yeni sədr seçilib

Xəbər
Bu gün, 12:04

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Aktual Xəbərlər
Bu gün, 11:37

Hərbçilərin əməkhaqları artırılır

Xəbər
Bu gün, 11:23

Azərbaycanda nikahların və boşanmaların sayı azalıb

Xəbər
Bu gün, 11:09

Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır

Xəbər
Bu gün, 10:26

Arvadını və qayınatasını öldürən şəxs ömürlük həbs cəzasından NARAZIDIR

Aktual Xəbərlər
Bu gün, 10:11

ADPU tələbələri təmirsizlik və antisanitariyadan şikayətçidirlər - "İldə 2300 manat veririk, amma..."

Xəbər
Bu gün, 09:44

Bakıda təcili yardım maşını piyadanı vurub - ÖLƏN VAR

Xəbər
Bu gün, 09:38

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Siyasət
Bu gün, 09:19

Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb

Xəbər
Bu gün, 09:09

Zülfiyyə Xanbabayevanın ad günüdür

Aktual Xəbərlər
Dünən, 17:38

Səkkiz avtobus marşrutunun hərəkət sxemi dəyişir

Aktual Xəbərlər
Dünən, 17:32

Din xadiminə sui-qəsd hazırlayanlara HÖKM OXUNDU

Xəbər
Dünən, 17:08

Bacısına mesaj yazan qaynını bıçaqladı

Siyasət
Dünən, 16:38

Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

Xəbər
Dünən, 16:17

Bakıda müdir maaşını istəyən işçisini döydü

Siyasət
Dünən, 15:52

Prezident: "Sülh hələ də kövrəkdir, onu möhkəmləndirmək lazımdır"

Xəbər
Dünən, 15:33

Nərimanov rayonunda bərbad yol: sakinlər şikayətçidir

Xəbər
Dünən, 14:41

Azərbaycanda gənc kişilər arasında ölüm göstəricisi qadınlardan iki dəfə çoxdur - Foto

Xəbər
Dünən, 14:34

Tələbələr arasında dava: "Kişi deyilsən?" deyib komaya saldı

Xəbər
Dünən, 13:20

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

Aktual Xəbərlər
Dünən, 13:07

İlham Əliyev: "Müharibə bizim seçimimiz olmayıb"

Oxşar xəbərlər