top
Bakıda yağışdan sonra su basan ev QARƏT OLUNDU
Bu gün, 18:00
- ↺ +

Bakıda yağışdan sonra su basan ev QARƏT OLUNDU

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda güclü yağış nəticəsində su basan ev qarət olunub.

Hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Görüş küçəsində baş verib.

36 yaşlı Nurlan Həmzəyev (şərti adla) əvvəlcə Məmməd Səid Ordubadi küçəsində gecə saatlarında balta ilə pəncərəni açaraq, evə daxil olub. Lakin oğurlamağa nə isə tapmadığı üçün evi tərk edib. Özünün sözlərinə görə, 10 gün sonra sərxoş halda Görüş küçəsində yenə pəncərəni açaraq, bir evə girib və ümumi dəyəri 5500 manat olan qızıl-zinət əşyaları oğurlayıb. Oğurladığı qızılların bir qismini Lökbatanda lombarda qoyaraq, 1200 manat pul götürüb. Bir hissəsini isə Lökbatanda 500-600 manata satıb.

Fakt əsasında N. Həmzəyev polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və zərərçəkənə vurduğu ziyanı ödədiyini bildirib. Buna görə də barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini istəyib.

Birinci zərərçəkənin sözlərinə görə, şəhid qardaşının doğum günü ilə əlaqədar Neftçala rayonuna, anasıgilə köməyə gedib. Burada 1 ay qalıb. Biləcərinin Görüş küçəsindəki evinə qayıdanda isə mənzilin dağınıq olduğunu gördüyü üçün polisə məlumat verib. Lakin o, evindən heç nə oğurlanmadığı üçün şikayətçi olmadığını bildirib.

Qızılların oğurlandığı ev sahibinin sözlərinə görə isə yağan güclü yağışlar nəticəsində evini su basıb. Buna görə də onlar ailəsi ilə birgə evi tərk edərək qohumugildə qalıblar. Geri qayıdanda isə qızılların oğurlandığını görüb. O, dəymiş zərərin ödənildiyi üçün şikayətçi olmadığını deyib.

Məhkəmənin qərarı ilə Nurlan Həmzəyev 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Mənbə: lent.аz

Son xəbərlər

Xəbər
Bu gün, 17:10

Göz içi linza gözdə ömürlük qalırmı? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti cavablandırır

Xəbər
Bu gün, 16:10

Bakı-Qazax yolunda ağır qəza: 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Xəbər
Bu gün, 15:10

Uşağın qanında psixotrop dərman aşkarlanmışdı: bağçanın direktoru işdən çıxarıldı

Xəbər
Bu gün, 14:10

Bakı və Abşeron üzrə pensiyaların ödəniləcəyi tarix açıqlandı

Xəbər
Bu gün, 13:10

Bakıda lombarddan 22 minlik OĞURLUQ

Xəbər
Bu gün, 12:13

Şantajla 1 manat pul aldı, 3 il həbs olundu

Xəbər
Bu gün, 11:19

Sosial şəbəkədə tanış olduğu qadının ərinə polis olduğunu dedi, cərimələndi

Xəbər
Bu gün, 11:17

"Qeyrətimə söydü": 170 manat üstündə dava bıçaqlanmayla bitdi

Xəbər
Bu gün, 11:07

Binədə 24 yaşlı qadın qətlə yetirildi, əri tutuldu

Xəbər
Bu gün, 10:40

Bakı sakini İsmayıllıda bıçaqlandı

Xəbər
Bu gün, 10:21

İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Xəbər
Bu gün, 10:00

Mərdəkanda avtobusla minik avtomobili toqquşdu - VİDEO

Xəbər
Bu gün, 09:23

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 18:00

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Xəbər
Dünən, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Dünən, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Dünən, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Dünən, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Dünən, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Dünən, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Dünən, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Dünən, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Dünən, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Oxşar xəbərlər