top
Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən başlayan mövsümə tam hazırdır
15 may 2026, 17:10
- ↺ +

Bakıda yaradılan bütün ictimai çimərliklər bu gündən başlayan mövsümə tam hazırdır

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın Şıx, Görədil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilərdə yaradılan pulsuz ictimai çimərliklərdə təmizlik, abadlıq və digər hazırlıq işləri başa çatdırılıb və həmin məkanlar mayın 15-dən başlayan çimərlik mövsümünə tam hazır vəziyyətə gətirilib.

Bakuplus.az xəbər verir ki, sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərlik ərazilərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, tələbata uyğun miqdarda kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitar qovşaqlar, söhbətgahlar, oturacaqlar və şezlonqlar, zibil konteynerləri yerləşdirilib, oyun meydançaları yenilənib və istifadə üçün tam hazır vəziyyətdədir.

Əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi məqsədilə hərəkəti məhdud olan şəxslərin suya və çimərlikdəki məntəqələrə maneəsiz gedə bilməsi üçün xüsusi yollar və panduslar inşa edilib, çimərlik ərazisinə ən yaxın dayanacaq əlilliyi olan şəxslər üçün xüsusi nişanlama ilə ayrılıb.

Qeyd edək ki, çimərlik ərazisinə giriş və yaradılan bütün imkanlar tamamilə ödənişsiz istifadə üçün nəzərdə tutulub. IDEA nümunəvi ictimai çimərliklər cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib.

IDEA İctimai Birliyi hamıya dəniz mövsümündə xoş istirahət arzulayır, hər kəsi təbiətin bəxş etdiyi gözəlliklərdən və yaradılan şəraitdən hər zaman zövq ala bilmək üçün sahillərin təmizliyinə diqqət etməyə, ətrafını çirkləndirməməyə çağırır.

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər