Bakıda evin həyətindən oğurluq edilib.
Hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində qeydə alınıb.
15 yaşlı İbrahim Əsədov (şərti adla) qonşularının həyətinə daxil olaraq, 300 manatlıq qaynaq aparatının naqillərini, hər birinin dəyəri 75 manat olan laqonda və direli oğurlayıb. Nəticədə ev sahibinə ümumilikdə 450 manat ziyan vurub.
Fakt əsasında İ. Əsədov saxlanılaraq, barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hadisə zamanı uşaqlarla futbol oynayırmış. Top qonşulardan birinin həyətinə düşüb və onu götürməyə gedib. Həyətdə dəmir şkafın qapısı açıq qaldığı üçün içərisində naqillərin, laqonda və direlin olduğunu görüb. Onları oğurlayaraq, yolda gizlədib. Sonra isə hər birini satıb. Dəymiş ziyanı anası zərərçəkənə ödəyib.
Zərərçəkən şəxs də həmçinin yeniyetmənin anası ilə birgə gələrək dəyəni ziyanı ödədiyini deyib. O, buna görə İbrahimə qarşı şikayət və tələbinin olmadığını bildirib.
Məhkəmənin qərarı ilə İ. Əsədov 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Mənbə: Lent.az