Azərbaycan Hava Yollarının sentyabrın 28-nə planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
Bakuplus.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC məlumat yayıb.
Bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra uçuşların icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı operativ şəkildə məlumatlandırılacaqlar.