top
Bakılı qəhrəmanın doğum günüdür
19 may 2026, 09:16
- ↺ +

Bakılı qəhrəmanın doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

19 may  Azərbaycanın Milli Qəhrəmanı, 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL-a məxsus "Embraer 190" təyyarəsinin kapitanı olmuş İqor Kşnyakinin doğum günüdür.

İqor İvanoviç Kşnyakin 1962-ci ildə Bakı şəhərində anadan olub. Pilot ixtisası üzrə ilk təhsilini 1982-ci ildə Ryazan vilayətində Sovet İttifaqı Qəhrəmanı Qriqori Taran adına Sasovo Mülki Aviasiya uçuş məktəbində alıb. Həmçinin 1992-ci ildə Rusiya Dövlət Hidrometeoroloji İnstitutunun Meteorologiya ixtisasını bitirib.

Kşnyakin Azərbaycanda ən təcrübəli mütəxəssislərdən biri hesab olunurdu. Onun 15159 saatlıq uçuş təcrübəsi var idi ki, bunun 11180 saatı kapitan kimi həyata keçmişdi.

2020-ci ildə Bakıdan Moskvaya uçarkən Kşnyakinin komandiri olduğu təyyarədə olan sərnişinlərdən birinin halı pisləşib. Kşnyakin təcili eniş edib və sərnişinin həyatı xilas olunub.

2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus "Embraer 190" təyyarəsi Rusiya hava hücumundan müdafiə qüvvələrinə məxsus "Pantsir-S1" zenit raket kompleksi ilə vurulub. İqor Kşnyakin və ikinci pilot Aleksandr Kalyaninov təyyarənin idarəetmə sistemlərinin sıradan çıxmasına baxmayaraq, təyyarəni Xəzər dənizi üzərindən Aktau Beynəlxalq Hava Limanına yaxın əraziyə yönləndiriblər. Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi zamanı təyyarə yerə çırpılıb. Qəza nəticəsində İqor Kşnyakin, təyyarənin ikinci pilotu və bir ekipaj üzvü, habelə 35 sərnişin qəza zamanı həyatını itirib. Qəzadan sonra 29 nəfərin sağ qalması İqor Kşnyakin və ikinci pilot Aleksandr Kalyaninovun fədakarlığının, zəhmətinin bəhrəsidir.  Ekspertlər onun və komandası haqqında "tarixə qəhrəmanlar kimi düşüblər" ifadəsini işlədirlər. İqor Kşnyakin 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Kşnyakin İqor İvanoviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər