top
Bakının rayonlarında qarlı havalara hazırlıq tədbirləri davam edir
19 noyabr 2025, 10:20
- ↺ +

Bakının rayonlarında qarlı havalara hazırlıq tədbirləri davam edir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri davam edir.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Bakuplus.az verilən xəbərə görə, ilk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb.

Görülən işlərə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli İcra Hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi olaraq rayonlarda qarlı havalara hazırlıq tədbirlərin keçirilməsini təmin edir, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıblar.

Bu işlər çərçivəsində paytaxtın Binəqədi, Yasamal və Nərimanov rayonlarında qışın qarlı havalarına hazırlıq tədbirlərinin müzakirəsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin, rayon rəhbərliyi, kommunal-təsərrüfat, idarə və təşkilatlarının, təhsil müəssisələrinin və digər aidiyyəti qurumların rəhbərlərinin, həmçinin özəl sektorun nümayəndələrinin iştirakı ilə operativ müşavirələr keçirilib. Müşavirələrdə hər bir sahənin rəhbərinin hesabatı dinlənilib.

Qeyd olunub ki, rayonlardakı hər bir qurum qış aylarında üzərilərinə düşən vəzifələri dəqiq bilməli, yarana biləcək problemləri operativ şəkildə aradan qaldırmağı bacarmalıdır və yerlərdə kifayət qədər duz və lazımi inventar ehtiyatı yaradılmalıdır. Bildirilib ki, hər bir təşkilat mövsümə hazırlıq tədbirlərinin həyata keçirilməsində fəal iştirak etməli və yağıntılar zamanı bitişik ərazinin qardan və buzdan təmizlənməsi üçün müvafiq tədbirlər görməlidirlər. Qarın təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.

Müşavirələrdə rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, cavabdeh şəxslərə tapşırıqlar verilib. Eyni zamanda həm də ictimai iaşə müəssisələrinin, özəl qurumların rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 16:47

DSX çobanın Ermənistana keçməsi barədə iddiaya münasibət bildirdi

Xəbər
Bu gün, 15:48

"Borussiya"nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu

Xəbər
Bu gün, 15:48

Məmur arvadı kanalizasiya quyusuna düşərək xəsarət aldı – Vəzifəli şəxs cərimələndi

Aktual Xəbərlər
Bu gün, 15:42

Bakıda bu metro stansiyaları ətrafında dəyişiklik olacaq

Xəbər
Bu gün, 15:33

Bakıda 19 evi olan sabiq məmur - 100 milyonluq sərvət...

Xəbər
Bu gün, 14:20

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

Siyasət
Bu gün, 13:40

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - SİYAHI

Xəbər
Bu gün, 13:12

16 yaşdan kiçiklərə sosial şəbəkələrdə hesab açmaq qadağan edilir

Aktual Xəbərlər
Bu gün, 13:02

Sabiq idarə rəisi və sektor müdiri üçün 12 il həbs cəzası tələb olundu

Aktual Xəbərlər
Bu gün, 12:54

Abşeronda dava: usta ev sahibini bıçaqladı

Xəbər
Bu gün, 12:20

Azərbaycanda məktəblərdə "TikTok"a giriş qadağa edilib

Xəbər
Bu gün, 11:04

Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs olunub

Xəbər
Bu gün, 10:04

Bakıda 213 min manatlıq oğurluq edən dəstə üzvlərinin şikayəti təmin edilmədi

Xəbər
Bu gün, 09:22

Bakıda yaşayış binasında yanğın olub

Xəbər
Bu gün, 08:50

Bakıda bu yollarda sıxlıq var

Xəbər
Dünən, 17:05

Bakının Yeni Həyat küçəsində təmir işləri aparılacaq

Xəbər
Dünən, 16:20

Bakıda yeni mikrorayon salına bilər

Xəbər
Dünən, 15:55

General Zeynalovla kapitanın "şabalıd davası" bitdi - 10 ildən çox…

Xəbər
Dünən, 14:44

Azərbaycanın yeganə "uçan xizəkçisi": "Qorxu yox olmur, sadəcə ona fərqli reaksiya verməyə başlayırsan"

Xəbər
Dünən, 13:55

Azərbaycan-Rusiya sərhədini qanunsuz keçmək istəyən Pakistan vətəndaşı tutuldu

Aktual Xəbərlər
Dünən, 12:28

Bəzi xarici vətəndaşlara uzunmüddətli yaşayış icazəsi veriləcək

Xəbər
Dünən, 12:01

Ərinin qətlini sifariş edən qadın barədə SON QƏRAR

Xəbər
Dünən, 11:17

Sakinlər bu avtobusların yenilənməsini tələb edir - VİDEO

Xəbər
Dünən, 10:55

Azərbaycanın axtarışa verdiyi 7 nəfərdən biri "Diriliş Ərtoğrul"un aktyorudur

Oxşar xəbərlər