top
Bakının tarixi binaları - Kukla Teatrı…
11 aprel 2025, 01:05
- ↺ +

Bakının tarixi binaları - Kukla Teatrı…

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının fəaliyyət göstərdiyi bina 1909-1910-cu illərdə yeni bulvarda memar İ.K.Ploşkonun layihəsi əsasında inşa edilib.

İstismara verildiyi illərdə "Fenomen" adı altında kinoteatr kimi istifadə edilən bina fərqli yaradıcılıq təşkilatlarına xidmət edib.

1921-ci ildə memar Zivər bəy Əhmədbəyovun iştirakı ilə təmir-bərpa işləri aparılan tikilidə müxtəlif vaxtlarda "Satiraqit" teatrı, Musiqili Komediya Teatrı, Kənd Təsərrüfatı Nailiyyətləri Muzeyi, daha sonra isə SSRİ Xalq artisti Rəşid Behbudovun Mahnı teatrı fəaliyyət göstərib.

Binanın tikintisində xüsusi diqqətçəkən məqam ventilyasiya sistemi idi. Bu, Bakı üçün yenilik hesab edilirdi. Tikilinin frontonunu (üfüqi və iki maili karnizdən yaranan üçbucaq) dörd qədim yunan allahı – Merkuri, Baxusa, Poseydon və Afrodita bəzəyirdi. Heykəllərin ikisi qarşı, digər ikisi isə yan fasadlarda yerləşdirilmişdi.

1952-ci ildə binada Kənd Təsərrüfatı Nailiyyətləri Muzeyi açıldığı zaman bu dörd heykəl ləğv edilərək əvəzində tikilinin qarşısında müstəqil postament üzərində çoban heykəlləri qoyulub.

1970-ci ilin əvvəllərində bina Azərbaycan Dövlət Kukla Teatrının istifadəsinə verilib. 1980-ci ilin axırlarında teatrda təmir aparılıb və azacıq korlanan binanın fasad hissəsinin tarixi siması özünə qaytarılıb. 2007-ci il dekabrın 26-da təmirdən sonra Kukla teatrı yenidən fəaliyyətə başlayır. 2700 kv.m sahəsi və 200 tamaşaçı yeri olan teatrın foyesində, divarların səthində məşhur nağıl qəhrəmanlarımız əsasında iri rəsmlər işlənib.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər