Bakı Dövlət Universitetində (BDU) tələbələrdən müxtəlif tədbirlər və özəl günlərlə bağlı pul yığılması narazılığa səbəb olub.
Şikayətçi iddia edib ki, BDU-nun Politologiya ixtisasında təhsil alan tələbələrdən müxtəlif məqsədlər üçün pul toplanılır.
"Dərslər cəmi bir aydır başlayıb, amma artıq bezmişik. Hər dəfə ad günlərinə pul yığılır, indi də 5 Oktyabr - Müəllimlər Günü ilə bağlı pul toplanır. İmkanı olan var, olmayan var. Kiminsə etiraz etməyə cürəti çatmır. Xahiş edirəm, paylaşın ki, hamı bundan xəbərdar olsun. Universitetlərdə özəl günlərlə bağlı tələbələrdən pul yığılmasın. Mən özüm şəxsən əsaslarla təhsil alıram və maddi baxımdan çətinlik çəkirəm", - deyə şikayətçi bildirib.
Məsələ bağlı BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, iddianın heç bir əsası yoxdur: "BDU-da pul yığılması qadağandır və bu məlumat yanlışdır".
Mənbə: oxu.аz