top
BDU-nun professoru vəfat etdi
24 noyabr 2025, 18:00
- ↺ +

BDU-nun professoru vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Fizika Problemləri İnstitututun baş elmi işçisi, professor Rauf Cəfərov vəfat edib.

Bakuplus.az xəbər verir ki, bu barədə BDU-nun mətbuat xidmətindən bildirilib.

Rauf Cəfərov 10 fevral 1961-ci ildə İrəvan şəhərində anadan olub. 1968-1972-ci illərdə İrəvan şəhər M.F. Axundov adına 9 nömrəli orta məktəbdə ibtidai təhsil alıb. 1972-1978-ci illərdə Bakı şəhəri Binəqədi rayonu 248 nömrəli orta məktəbi qızıl medal ilə bitirib.

1978-1983-cü illərdə BDU-nun Fizika fakültəsində "Fizika müəllimi" ixtisası üzrə təhsil alıb. 1983-1987-ci illərdə Fizika fakültəsinin Maddə quruluşu kafedrasının aspirantı olub. 1988-ci ildə "Nəzəri və riyazi fizika" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi, 2007-ci ildə "Nəzəri və riyazi fizika" ixtisasında fizika elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsini alıb. 2010-cu ildən "Nəzəri fizika" ixtisası üzrə dosent, 2022-ci ildən professor idi.

O, 1983-1987-ci illərdə Fotoelektronika Elmi-Tədqiqat İnstitutunda mühəndis, 1987-1992-ci illərdə BDU-nun Maddə quruluşu kafedrasında laborant, baş laborant, 1992-1993-cü illərdə Yarımkeçiricilər fizikası kafedrasında baş müəllim işləyib.

1993-1995-ci illərdə Rusiya Elmlər Akademiyası P. N. Lebedev adına Fizika İnstitutunun Nəzəri fizika şöbəsinin Elementar zərrəciklər fizikası sektorunda elmi işçi kimi fəaliyyət göstərib. 1999-2002-ci illərdə BDU-nun Kvant kimyası, 2002-2005-ci illərdə Yüksək enerjilər fizikası elmi-tədqiqat laboratoriyalarında, 2005-2009-cu illərdə BDU-nun Fizika Problemləri İnstitutunda aparıcı elmi işçi işləyib. 2009-cu ildən Fizika Problemləri İnstitutunun baş elmi işçisi və Nəzəri fizika kafedrasının professoru idi.

Rauf Cəfərov 2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Onun tədqiqat sahəsi yüksək enerjilər fizikası, rabitəli sistemlərin kvantlanması, kvant sahə nəzəriyyəsinin qeyri-perturbativ metodları, çoxzərrəcikli tənliklər nəzəriyyəsi, plazma fizikası, nüvə fizikası idi.

Son xəbərlər

Xəbər
Dünən, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
Dünən, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
Dünən, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Dünən, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Dünən, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Dünən, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Dünən, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Dünən, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Dünən, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Dünən, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Dünən, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Dünən, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Dünən, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Dünən, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Dünən, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Dünən, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Dünən, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Dünən, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Dünən, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
04 oktyabr 2026, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
04 oktyabr 2026, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Oxşar xəbərlər