top
Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - Peşmanam
Bu gün, 20:33
- ↺ +

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Baş Prokurorluq tərəfindən beynəlxalq axtarışa verilən Türkiyə vətəndaşı Cəlal Çiftçi "X" hesabında geniş müraciət yayaraq Azərbaycan dövlətindən və xalqından üzr istəyib.

Bakuplus.az Cəlal Çiftçinin yayımladığı bəyanatı təqdim edir:

"Açıqlamalarımın qardaş Azərbaycanda doğurduğu inciklik və kədərə görə peşmanam. İstifadə etdiyim ifadələrin məqsədimi aşması səbəbindən Azərbaycan dövlətindən və Azərbaycan xalqından açıq şəkildə və səmimiyyətlə üzr istəyirəm. Səmimi üzrümün qəbul edilməsini hörmətlə xahiş edirəm.

Düşüncələrimi izah edərkən istifadə etdiyim dilin doğura biləcəyi nəticələri daha diqqətlə qiymətləndirməli, özümü daha aydın və diqqətli ifadə etməli idim.

Azərbaycanın daxili işlərinə müdaxilə etmək, xalqı dövlətə qarşı qaldırmaq, ölkədə iğtişaş yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsini və ya konstitusiya quruluşunun zorla dəyişdirilməsini istəmək kimi bir məqsədim heç vaxt olmayıb və ola da bilməz. Dini nifrət, ədavət və ya ayrı-seçkilik yaratmaq niyyətim də yoxdur. 

Sözlərim belə bir çağırış kimi anlaşıldısa, gerçək düşüncəmin bu olmadığını açıq şəkildə bildirirəm. Zorakılığı, çevrilişi, təhdidi və güc tətbiq etməyi rədd edirəm. Heç kimi qanunsuz bir əmələ dəvət etmirəm. 

Azərbaycan qardaş dövlətdir; Azərbaycan xalqı bizim qardaşımızdır. Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və konstitusiya quruluşuna hörmətim tamdır. Azərbaycanın gələcəyi ilə bağlı qərarların Azərbaycan xalqına və onun öz konstitusiya qurumlarına aid olduğunun şüurundayam.

Söz və mətbuat azadlığına arxalanarkən başqalarının hüquqlarını, ictimai dincliyi və istifadə etdiyim dilin məsuliyyətini də nəzərə almalı olduğumun fərqindəyəm. Uyğun bilmədiyim məzmunları bu anlayışla sildim. Bundan sonrakı açıqlamalarımda daha diqqətli və məsuliyyətli olacağam.

Türkiyədə və Azərbaycanda hər kəsdən xahişim bu açıqlamamın səmimiyyətlə qiymətləndirilməsidir. Tənqidə açığam. Lakin şəxsimin və ya hər hansı bir şəxsin təhqir, təhdid və linç kampaniyalarının hədəfinə çevrilməsini istəmirəm. Fikir ayrılıqlarının ədavətə çevrilməməsini diləyirəm.

Aidiyyəti qurumlardan açıqlamalarımın bütününün, kontekstinin və burada açıq şəkildə ifadə etdiyim niyyətimin ədalətli şəkildə qiymətləndirilməsini tələb edirəm.

Üzrüm Azərbaycan dövlətinə və xalqına duyduğum hörmətin, səbəb olduğum inciklikdən duyduğum peşmanlığın ifadəsidir. 

Qardaşlığımıza zərər vermək istəmədim. Sözlərimlə incikliyə səbəb olduğum üçün kədərlənirəm və peşmanam. Azərbaycan dövlətindən və Azərbaycan xalqından bir daha üzr istəyir, üzrümün qəbul edilməsini xahiş edirəm.

İki dövlət, tək millət".

Son xəbərlər

Cəmiyyət
Bu gün, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
Bu gün, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
Bu gün, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
Bu gün, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
Bu gün, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
Bu gün, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Xəbər
Bu gün, 15:39

"Meyvəli"dən fındıq oğurlayan arabaçılar TUTULDU

Xəbər
Bu gün, 15:15

Azərbaycanda çevrilişə çağırış edən Türkiyə vətəndaşı axtarışa verildi

Aktual Xəbərlər
Bu gün, 14:41

Azərbaycanda mənzillər bahalaşıb

Aktual Xəbərlər
Bu gün, 14:39

Cəzaçəkmə müəssisəsinə ayaqqabının içində narkotik keçirmək istədilər – FOTO

Aktual Xəbərlər
Bu gün, 14:20

Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO

Aktual Xəbərlər
Bu gün, 13:38

"20 Yanvar" və "Şamaxinka"da bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır

Siyasət
Bu gün, 13:10

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib

Xəbər
Bu gün, 12:49

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Aktual Xəbərlər
Bu gün, 12:14

Mətbuat Şurasına yeni sədr seçilib

Xəbər
Bu gün, 12:04

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Aktual Xəbərlər
Bu gün, 11:37

Hərbçilərin əməkhaqları artırılır

Xəbər
Bu gün, 11:23

Azərbaycanda nikahların və boşanmaların sayı azalıb

Xəbər
Bu gün, 11:09

Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır

Xəbər
Bu gün, 10:26

Arvadını və qayınatasını öldürən şəxs ömürlük həbs cəzasından NARAZIDIR

Aktual Xəbərlər
Bu gün, 10:11

ADPU tələbələri təmirsizlik və antisanitariyadan şikayətçidirlər - "İldə 2300 manat veririk, amma..."

Xəbər
Bu gün, 09:44

Bakıda təcili yardım maşını piyadanı vurub - ÖLƏN VAR

Xəbər
Bu gün, 09:38

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Oxşar xəbərlər