top
Bilgəh və Pirşağıda xarabalığa çevrilən uşaq düşərgələri - FOTOREPORTAJ
list.types.photo_report
29 iyul 2026, 16:00
- ↺ +

Bilgəh və Pirşağıda xarabalığa çevrilən uşaq düşərgələri - FOTOREPORTAJ

Bir vaxtlar yay tətili deyəndə minlərlə məktəblinin ilk ağlına dəniz kənarında yerləşən pioner düşərgələri gəlirdi. Sovet dövründə Abşeron yarımadasında, xüsusilə Bilgəh və Pirşağı qəsəbələrində fəaliyyət göstərən uşaq istirahət düşərgələri təkcə Azərbaycanın deyil, keçmiş SSRİ-nin müxtəlif respublikalarından gələn uşaqları qəbul edirdi. Burada məktəblilər həm Xəzər dənizinin təmiz havasında istirahət edir, həm idman və mədəni tədbirlərdə iştirak edir, həm də yeni dostluqlar qazanırdılar.
1990-cı illərin əvvəllərində isə hər şey dəyişdi. Sovet İttifaqının dağılması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Birinci Qarabağ müharibəsi nəticəsində yüz minlərlə insan öz doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qaldı. Bakıya üz tutan məcburi köçkün ailələrinin bir hissəsi məhz bu düşərgələrdə yerləşdirildi. Müvəqqəti sığınacaq kimi nəzərdə tutulan bu məkanlar zaman keçdikcə insanların daimi yaşayış yerinə çevrildi. Artıq 30 ildən çox vaxt keçsə də, həmin düşərgələrin bəzilərində bu gün də ailələr yaşayır.

"Gənc Geoloq" – qəzalı binalarda davam edən həyat

Bilgəh qəsəbəsində yerləşən "Gənc Geoloq" düşərgəsi bir neçə çoxmərtəbəli korpusdan ibarətdir. Vaxtilə uşaqların istirahəti üçün tikilmiş binalar bu gün baxımsızlıqdan demək olar ki, yararsız vəziyyətə düşüb.

Sakinlərin sözlərinə görə, binalarda 40 ildən artıqdır əsaslı təmir aparılmayıb. Bir neçə ay əvvəl binalardan birinin dam örtüyünün bir hissəsi uçub. Bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilsə də, indiyədək hər hansı tədbir görülməyib.

Hazırda qəzalı vəziyyətdə olan korpuslarda yüzlərlə insan yaşayır. Divarlarda dərin çatlar, aşınmış dam örtükləri və təhlükəli konstruksiyalar sakinlərin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.


 
"Çayka" – su problemi və kanalizasiyasız həyat

Bilgəhdə yerləşən digər düşərgə – "Çayka" isə əsasən kiçik yaşayış evlərindən ibarətdir.

Burada yaşayan sakinlərin ən böyük problemi içməli su və kanalizasiya sisteminin olmamasıdır. Onların sözlərinə görə, su gün ərzində yalnız müəyyən saatlarda verilir və bu da ailələrin ehtiyacını ödəmir. Kanalizasiya infrastrukturunun olmaması isə xüsusilə yay aylarında ciddi sanitariya problemləri yaradır.

Sakinlərdən biri söhbət zamanı xatırlayır:

"Biz bura ilk gələndə ərazi çox gözəl idi. Hər tərəfdə qızılgüllər, yaşıllıq vardı. İllər keçdikcə baxımsızlıq buranı xarabalığa çevirdi. Buna baxanda adamın ürəyi ağrıyır."

 "Lokomotiv" – keçmişdən qalan sakitlik

Pirşağı qəsəbəsində yerləşən "Lokomotiv" uşaq düşərgəsi digər düşərgələrdən fərqlənir. Geniş yaşıllıq əraziyə malik olan düşərgədə kiçik evlər, vaxtilə fəaliyyət göstərmiş kino-klub və müxtəlif sosial obyektlərin izləri bu gün də qalmaqdadır.

Burada yaşayan ailələrin bir hissəsi artıq işğaldan azad olunmuş doğma yurdlarına qayıdıb. Lakin hələ də burada məskunlaşmış ailələr mövcuddur.
 



Düşərgələrin hüquqi statusu necədir?

Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, Bilgəh qəsəbəsində yerləşən "Gənc Geoloq" düşərgəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Geoloji Kəşfiyyat Agentliyinin Geoloji Kəşfiyyat Xidmətinin balansındadır və dövlət mülkiyyətidir. Hazırda obyekt özəlləşdirməyə açıq deyil. Gələcəkdə hər hansı bərpa və ya yenidənqurma işlərinin aparılması balanssaxlayıcı qurumun təşəbbüsündən asılı olacaq.


Mənbə: yurdmedia.аz

FOTO: Sadıq Əliverdibəyli

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər