top
Bir ayda ikinci qəza... - Piyadaların həyatı təhlükədədir
13 yanvar 2026, 13:26
- ↺ +

Bir ayda ikinci qəza... - Piyadaların həyatı təhlükədədir

Paytaxtın Xətai rayonu Gəncə prospektində piyadaların təhlükəsizliyi baxımından riskli vəziyyət yaranıb.

Qafqazinfo.az xəbər verir ki, ərazidə piyadaların hərəkət etdiyi pilləkənlər birbaşa yolun hərəkət hissəsinə birləşir. Nəticədə bir anda yolun hərəkət hissəsinə çıxan vətəndaşlar avtomobilləri idarə edən sürücülərin diqqətinin ümidinə qalır, qəza ehtimalı kəskin artır. Son olaraq yanvarın 11-də axşam saatlarında burada pilləkəndən enən sərnişini maşın vuraraq ağır xəsarətlər yetirib. Mətbuatda yayılmış məlumata görə, bir ay əvvəl, daha dəqiq desək ötən ilin 5 dekabr tarixində də bu keçidin üzərində piyadanı maşın vuraraq öldürüb. Oxşar hadisə ötən ilin avqustunda da baş verib. Bunlar hələ bildiyimiz hadisələrdir.

Vətəndaşların sözlərinə görə, Xəzər dairəsindən Ukrayna dairəsinə doğru hərəkət etdikdə ilk keçid olan bu yerdə yol kənarında marşrut avtobuslarının dayanacağı da var. Orada avtobusların dayanması sürücülərin ani olaraq piyada keçidinə çıxan vətəndaşları görməsini bir qədər də çətinləşdirir. Yolun kənarında səkinin olmaması və hərəkətin təşkilindəki qüsurlar gələcəkdə də ağır hadisələrin baş verməsini qaçılmaz edir.

Mütəxəssislər bildirirlər ki, bu ərazidə yol infrastrukturunda dəyişiklik edilməli, piyadaların hərəkət şəraiti yaxşılaşdırılmalı, müvafiq qurumlar tərəfindən tədbirlər görülməlidir.

Məsələ ilə bağlı AYNA-dan bildirilib ki, sözügedən ərazidə piyadaların təhlükəsizliyi üçün əsas problem səkilərin olmamasıdır:

"Səki olmadığından yolu keçmək istəyən piyadalar üçün görmə məhdudiyyəti yaranır. Təhlükəsizliklə bağlı məsələnin həlli istiqamətində iş aidiyyəti qurum tərəfindən səkilərin inşası həyata keçirildiyi təqdirdə görülə bilər.

Hərəkət iştirakçıları ərazidə quraşdırılan nişanların və nişanlanma xətlərinin tələblərinə riayət etməlidirlər".

Son xəbərlər

Xəbər
Bu gün, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Bu gün, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Bu gün, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Bu gün, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Bu gün, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Bu gün, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Bu gün, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Bu gün, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Bu gün, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Bu gün, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Bu gün, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Bu gün, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
Dünən, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
Dünən, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Dünən, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
03 oktyabr 2026, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
03 oktyabr 2026, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
03 oktyabr 2026, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
03 oktyabr 2026, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
03 oktyabr 2026, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Oxşar xəbərlər