top
Bir şəklin tarixçəsi: İlham Əliyev SİNİF YOLDAŞLARI İLƏ...
24 dekabr 2025, 10:13
- ↺ +

Bir şəklin tarixçəsi: İlham Əliyev SİNİF YOLDAŞLARI İLƏ...

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

24 dekabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür.

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

1967-1977-ci illərdə paytaxtın Səbail rayonundakı 6 saylı orta məktəbdə təhsil alıb.

Modern.az-ın "Bir şəklin tarixçəsi" rubrikasında təqdim etdiyi foto Prezidentin 6 saylı orta məktəbdə təhsil aldığı dövrü əks etdirir.

Fotonu sayta İlham Əliyevin sinif yoldaşı olmuş Rauf Həsənli təqdim edib.

Onun sözlərinə görə, 1967-ci ilin 1 sentyabrında çalınan ilk zəngdən 15 iyun 1977-ci ildə səslənən son zəngə qədər İlham Əliyevlə bir sinifdə oxuyub

Bu şəkil də 1977-ci ildə orta məktəbin sonuncu sinfində çəkilib.

"Bizim sinif məktəbdə ən böyük sinif idi. 45 şagird var idi", - R.Həsənli həmin illəri xatırlayarkən deyib. 

"Bir dəfə İlham Əliyev 10-cu sinifdə oxuyanda bizi, yaxın sinif yoldaşlarını ad gününə dəvət etmişdi. Yadımdadır ki, bizi İlham Əliyevin anası, rəhmətlik Zərifə xanım Əliyeva qarşıladı. O, çox mehriban, istiqanlı qadın idi. Bizi yaxşı qarşıladı, çox sevindi ki, oğlunun sinif yoldaşları onun evinə qonaq gəliblər. Həmin gün Ümummilli lider Heydər Əliyev özü də ad gününə gəlmişdi. O, hər birimizlə ayrı-ayrılıqda tanış oldu, danışdı. Sonra bizi tək qoydu. "İşlərim var" deyib getdi, yəni bizə sərbəstlik verdi. Biz çox yaxşı vaxt keçirdik. Şahmat, bilyard, tennis oynadıq. Gəzməyə də çıxdıq. Dedik, güldük, rəqs etdik, musiqilərə qulaq asdıq", - R.Həsənli bildirib.

Sinif yoldaşının sözlərinə görə, İlham Əliyev orta məktəbdə oxuyarkən bütün dərslərdə özünü çox aktiv aparırmış. Müxtəlif suallar ətrafında müəllimlərlə sağlam polemikanı aparmaq imkanını qaçırmırdı: "Tarix və ədəbiyyat, ümumiyyətlə humanitar sahələrlə maraqlanırdı. Coğrafiyanı da çox sevərdi".
 
R.Həsənli müşahidələrinə əsasən bildirib ki, İlham Əliyev orta məktəb illərindəki kimi qayğıkeş və təvazökar insan olaraq qalıb: "Eyni zamanda o, geniş dünyagörüşü olan və böyük yumor hissinə malik insandır. İlham Əliyev yeniyetməliyindəki, cavanlığındakı müsbət cəhətləri bu günə qədər saxlaya bilib. O, siyasətçi olandan sonra başqa müsbət keyfiyyətləri də üzə çıxdı. Müdriklik, uzaqgörənlik, liderlik və siyasətçiyə məxsus olan digər keyfiyyətlər".

"Onun musiqi zövqü əla idi. Həm klassik, həm də estrada musiqisinə qulaq asırdı. O zaman İlham Əliyevin ad günündə onun pianosunu da gördük. O, pianoda da ifa edə bilirdi. Bir sözlə, İlham Əliyev hərtərəfli insandır. Hesab edirəm ki, bizim bəxtimiz gətirib ki, onun kimi Prezidentimiz var", - R. Həsənli bildirib.  

Son xəbərlər

Xəbər
Dünən, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
Dünən, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
Dünən, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
Dünən, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
Dünən, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
Dünən, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
Dünən, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
Dünən, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
Dünən, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
Dünən, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Aktual Xəbərlər
21 oktyabr 2026, 17:41

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Aktual Xəbərlər
21 oktyabr 2026, 16:47

DSX çobanın Ermənistana keçməsi barədə iddiaya münasibət bildirdi

Xəbər
21 oktyabr 2026, 15:48

"Borussiya"nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu

Xəbər
21 oktyabr 2026, 15:48

Məmur arvadı kanalizasiya quyusuna düşərək xəsarət aldı – Vəzifəli şəxs cərimələndi

Aktual Xəbərlər
21 oktyabr 2026, 15:42

Bakıda bu metro stansiyaları ətrafında dəyişiklik olacaq

Xəbər
21 oktyabr 2026, 15:33

Bakıda 19 evi olan sabiq məmur - 100 milyonluq sərvət...

Xəbər
21 oktyabr 2026, 14:20

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

Siyasət
21 oktyabr 2026, 13:40

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - SİYAHI

Xəbər
21 oktyabr 2026, 13:12

16 yaşdan kiçiklərə sosial şəbəkələrdə hesab açmaq qadağan edilir

Aktual Xəbərlər
21 oktyabr 2026, 13:02

Sabiq idarə rəisi və sektor müdiri üçün 12 il həbs cəzası tələb olundu

Aktual Xəbərlər
21 oktyabr 2026, 12:54

Abşeronda dava: usta ev sahibini bıçaqladı

Xəbər
21 oktyabr 2026, 12:20

Azərbaycanda məktəblərdə "TikTok"a giriş qadağa edilib

Xəbər
21 oktyabr 2026, 11:04

Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni həbs olunub

Oxşar xəbərlər