12 avqust Azərbaycanın ən məşhur idman həkimlərindən biri Boris Xetaqurovun doğum günüdür.
Xetaqurov Boris Naneyeviç 1940-cı ildə Bakı şəhərində anadan olub.
1964-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib.
1965-ci ildən 2003-cü ilə qədər "Neftçi" futbol klubunda həkim kimi çalışıb.
2004-cü ilin iyulundan 2005-ci ilin yanvarınadək "Xəzər-Lənkəran" futbol klubunda işləyib. Uzun illər Azərbaycan milli futbol komandasının həkimi olub.
Azərbaycanın əməkdar həkimidir.