top
“... böyük bir nəsli itirmişik” - Elçin Hami Axundovla MÜSAHİBƏ
24 yanvar 2025, 01:35
- +

“... böyük bir nəsli itirmişik” - Elçin Hami Axundovla MÜSAHİBƏ

Animator Elçin Hami Axundovun Bizim.media-ya müsahibəsi

Söhbətə milli cizgi filmlərimizin az çəkilməsi sualı ilə başlayıb.

“Mən davakaram, yaxşı adam deyiləm”

- O sualın ünvanı mən deyiləm, Mədəniyyət və Təhsil Nazirliyidir. Mən az qala 20 il bu yöndə irəliləyiş olması üçün mübarizə aparmışam. Poladdan tutmuş Qarayevə qədər hamısına bu haqda iradlarımı demişəm. Neçə dəfə onlarla bu məsələ ilə bağlı "dalaşmışam". Mən davakaram da, yaxşı adam deyiləm (gülür).

Zarafat öz yerində, amma uşaqlarımızı milli ruhda böyütmək, onlara azərbaycançılığı aşılamaq üçün milli cizgi filmlərinə ehtiyac olduğunu həmişə vurğulamışam. Yenə də deyirəm, uşaqların milli ruhda böyümələri, tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi əxz eləmələri üçün maraqlı animasiya filmləri nümayiş etdirilməlidir. Çünki onlar hər şeyi məhz bu filmlərdən götürürlər.

Əfsuslar olsun ki, biz animasiya filmləri çəkilmədiyi üçün böyük bir nəsli itirmişik. Uşaqların çoxu məcbur qalıb ingilis, rus, dilində, yaxud türkcəyə tərcümə edilən animasiyalara baxıblar.

Əfsuslar olsun ki, həmin uşaqlar o mədəniyyəti qavrayıblar. Azərbaycançılıq nöqteyi-nəzərindən biz uşaqlarımızı tamamilə itirmişik. Mən o zamankı nazirlərdən məhz buna görə narazılıq edirdim. Giley-güzarımı deyirdim ki, kurslar açıb cavan rəssamlar cəlb edək, onları animator kimi yetişdirək. Bu yolla biz folklorumuzu, nağıllarımızı, mədəniyyətimizi asanlıqla onlara öyrədə bilərik. Amma əfsuslar olsun ki, bu, onlara maraqlı deyildi. Animasiyaya önəm vermirdilər. Ona “əşşi multfilmdir də, o nədir ki, ona pul da ayıraq” kimi yanaşırdılar, qlobal düşünmürdülər.

Amma yeni nazir bu sahəni “tərpətməyə”, canlandırmağa başlayıb. Görürəm, bu sahəyə önəm verir, bilir ki, animasiya bizim uşaqlarımıza lazımdır. Bu il həmin dediyim o kurslar nəhayət ki, açıldı. Studiya yarandı və orada davamlı milli animasiya filmləri çəkiləcək. Artıq bir neçə filmimiz çəkilib. Onlardan biri 44 günlük müharibəyə həsr olunan “Narqız” filmidir. Onun təqdimatını da keçirdik. Ümid edirəm o kursları bitirən uşaqlarla məşğul olacağıq və ortaya daha yaxşı işlər çıxacaq.

Mən tərəfdarıyam ki, balaca-balaca studiyalar yox, əməlli-başlı böyük studiya olsun ki, tammetrajlı saat yarımlıq filmlər çəkək. Tarixi mövzulardan tutmuş folklorumuza, nağıllarımıza qədər hamısını çəkmək lazımdır. Azərbaycan mədəniyyəti, musiqisi, incəsənəti hamısı bu filmlərdə əks olunsun. Animasiyanın diapazonu sonsuzluğa qədərdir.

Ssenarilər tanışlıqla gəlirdi

- Kinoda ssenarist qıtlığından şikayət edirlər. Bəs animasiya sahəsində vəziyyət necədir?

- Məncə, bu sahədə peşəkarlar, bacarıqlı kadrlar var. Məsələn, Gülşən Tofiqqızı adlı müəllifimiz var. Mən ona tapıntı deyirəm. Studiyanın direktoru olanda onun ssenarisinə 2-3 film çəkmişdik. Əsas odur, mövzular milli olsun. Yadımdadır, o vaxt Sovet dövründə ssenarilər tapşırıqla gəlirdi. Sınaq qutusunda 6-7 “əsər” olurdu. Hamısı tanışlıqla göndərilən və qeyri-peşəkar. Mən də məcbur olurdum onların üstündə işləyib ssenari halına gətirim. Bu məsələdə tək ssenaristdən deyil, rejissordan da çox şey asılıdır. Cizgi filmlərində gərək rejissor keçmiş animatorlardan olsun.

İndi İncəsənət Universitetində bir fakültə var. Çox naşı və yöndəmsiz bir fakültədir - Animasiya filmlərinin rejissoru fakültəsi. Deyirəm, bəs beş rejissor buraxacaqsan. Bunların animatorları hanı? Animator aktyor deməkdir, şəkil çəkən aktyor. Animator yoxdur, amma 5 nəfər rejissor var. Bəs elədirsə, animasiyanı kimlə çəkəcəklər?!

Cavan uşaqlar indi “3B Maya” kimi proqramlarla nəsə çəkirlər. Deyirlər, animatoram. Onlara deyirəm, sən animator deyilsən, hərəkətə gətirənsən. Animasiya həyəcan, dramaturgiya deməkdir. Sən həyəcan yaratmırsan, sadəcə, hərəkətə gətirirsən. Bura girdi, ordan çıxdı, gözünü qırpdı. Bu, animasiya deyil. Animasiyada həyəcan, dramaturgiya olmalıdır. Disney filmlərinə baxın, orda bir balaca fincan, şamdan nələr törədir. Adi hərəkətlərsə izləyicidə həyəcan yaratmır. Nə isə... Belə mövzularda illərlə danışmışam, faydası olmayıb. Amma təzə nazirin bu işə diqqət ayırmasından çox ümidlənmişəm.

Təhsil Nazirliyi təklif versin!

 - Elm və Təhsil Nazirliyinin də adını çəkdiniz. Onlara iradınız nədir?

- Neçə illər idi Təhsil Nazirliyinə müraciət edirdim ki, siz də mövzu verin. Bəlkə hansısa tədris planında olan mövzunuz var ki, onu bu gün cizgi filminə, animasiyaya gətirmək balalarımız üçün gərəklidir. Bizim animasiya studiyasını dəstəkləmək üçün elə filmlər də çəkərdik. Hansısa tarixi mövzuda, lap elə misal üçün əlifba mövzusunda çəkərdik. Bunları cizgi filmimizə gətirsək, uşaqlarımızın da dili zənginləşər.

İndi uşaqların çoxu dilimizi yaxşı bilmir. Ali məktəblərə qəbulda Azərbaycan dili fənnindən aşağı qiymət alırlar. Niyə? Çünki dilimizi yaxşı bilmirlər. Türk, rus ifadələri ilə danışırlar. Səbəbi də dilimizin yaxşı aşılanmamasıdır. Bunun üçün də animasiya filmləri mütləq olmalıdır.

Son xəbərlər

Xəbər
Bu gün, 17:11

Xətai rayonunda aparılan inşaat işləri BİNALARI TƏHLÜKƏYƏ ATIR?

Xəbər
Bu gün, 15:11

Bakıda tələbə faciəli şəkildə öldü

Xəbər
Bu gün, 14:03

Gəlinlik salonunda satıcı müştərini çimdiklədi - "İy gəlirdi"

Xəbər
Bu gün, 13:38

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Xəbər
Bu gün, 12:26

Şəhid jurnalist Sirac Abışovun doğum günüdür

Xəbər
Bu gün, 11:25

Azərbaycanın ilk Xalq artisti - Onu Bakıya kim dəvət etmişdi?

Xəbər
Bu gün, 10:15

Yol polisi sürücülər müraciət etdi: DİQQƏTLİ OLUN

Xəbər
Bu gün, 09:23

Milli Qəhrəman, jurnalist - Yaşasaydı 66 yaşı olacaqdı...

Xəbər
Dünən, 23:48

6 idmançımız yarımfinala yüksəldi - Çimərlik güləşi üzrə Dünya Seriyası...

Xəbər
Dünən, 22:12

Sənədsiz ev problemi necə həll oluna bilər? – Açıqlama

Xəbər
Dünən, 21:10

Xidmət rəisi: "Kommunikasiya xətlərinin üzərində tikilən evlərin sənədləşdirilməsi mümkün deyil"

Xəbər
Dünən, 19:43

Polşa səfiri XİN-ə çağırıldı, etiraz notası təqdim edildi

Xəbər
Dünən, 18:02

IV qrupda ali məktəbə qəbul ola bilməyənlər üçün alternativ seçimlər - DİM sədri AÇIQLADI

Xəbər
Dünən, 17:16

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

Xəbər
Dünən, 15:20

Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu

Xəbər
Dünən, 14:35

"Biz "Qarabağ"dan çox şey öyrəndik" - "Sabah"ın baş məşqçisi

Xəbər
Dünən, 13:30

Bakıda tarixi binalarda təmir işləri görənlərə xəbərdarlıq olundu

Nizami
Dünən, 12:17

Əvvəl sevgilisini, sonra özünü öldürüb - Detallar məlum oldu

Xəbər
Dünən, 11:40

Nigar Fərhadın ərini DTX həbs edibmiş

Xəbər
Dünən, 11:38

Xırdalan-Biləcəri sahəsində təmir işləri başlayıb

Xəbər
Dünən, 10:38

Bakıda ata maşın almaq istəyən oğlunu bıçaqladı

Xəbər
Dünən, 09:55

Azərbaycanda bu universitetlər təhsil haqqını artırdı

Xəbər
Dünən, 09:53

Rübabə Muradovanın anım günüdür

Xəbər
27 avqust 2026, 18:00

Bakıda sirkə turşusu kişinin həyatına SON QOYDU

Oxşar xəbərlər