“Azərbaycan” kinoteatrında italyan rejissor Federiko Fellininin “Orkestrin məşqi” filminin nümayişi zamanı maraqlı anlar yaşanıb.
Bakuplus.az xəbər verir ki, film haqqında məlumat verilən lövhədə dünya şöhrətli rejissorun adının səhv yazılması tamaşaçıların etirazına səbəb olub. Federiko Fellininin adının “Frederiko” kimi yazılmasını tamaşaçılar məsuliyyətsizlik və savadsızlıq kimi qiymətləndiriblər.
Təşkilatçılar isə bunun texniki səhv olduğunu bildirərək vəziyyətdən çıxmağa çalışıblar.

Qeyd edək ki, filmin nümayişində tanınmış ictimai-siyasi xadimlər, yazıçılar, şairlər iştirak ediblər.
Xatırladaq ki, bir müddət öncə başqa məşhur kino mərkəzində də buna bənzər hal qeydə alınmışdı. Nizami Kino Mərkəzində dünya şöhrətli rejissorları səhv salmışdılar. Saytımız bu barədə yazandan sonra isə problemi yarımçıq formada həll etmişdilər.
Kamran Rza