Təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Yasamal rayonunun Abbas Mirzə Şərifzadə, Məhəmməd Xiyabani və Mirəli Seyidov küçələri, Yeni Yasamal-1 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Bu barədə Bakuplus.az-a "Azərişıq"dan məlumat verilib.
Bildirilib ki, görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.