top
Bu gün Müslüm Maqomayevin anım günüdür
25 oktyabr 2025, 10:14
- ↺ +

Bu gün Müslüm Maqomayevin anım günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün, oktyabrın 25-də, SSRİ Xalq artisti Müslüm Maqomayevin vəfatından 17 il ötür.

Azərbaycan-sovet opera və estrada müğənnisi 1942-ci il 17 avqust tarixində Bakıda anadan olub. O, musiqiyə böyük həvəs göstərərək 1949-cu ildən Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki musiqi məktəbində təhsil alıb. Müslüm Maqomayev əmək fəaliyyətinə 1962-ci ildə indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında başlayıb. Həmin ildə o, "La skala" teatrına təcrübə toplamağa göndərilir. Müslüm Maqomayev 1968-ci ildə indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını SSRİ Xalq artisti Şövkət Məmmədovanın sinfi üzrə bitirib.

Maqomayev 1975-ci ildə Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrini yaratmış və uzun müddət ona rəhbərlik edib. Həmin orkestrlə o, Sovet İttifaqının müxtəlif şəhərlərində, həmçinin Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib.

Müslüm Maqomayevin repertuarında 600-dək əsər mövcuddur. Onların arasında "Azərbaycan", "Свадьба", "Синяя вечность", "Bella, ciao!", "Ana", "Королева красоты" və digər mahnılar var. Ölümündən əvvəl yazdığı sonuncu mahnısı "Əlvida, Bakı" adlanır.

Müğənni 1969-cu ildə Kann festivalında "Qızıl val" mükafatını alıb. Müslüm Maqomayev 31 yaşında SSRİ Xalq artisti fəxri adına və "Qırmızı Əmək Bayrağı" və "Xalqlar Dostluğu" ordenlərinə layiq görülüb. Bundan əlavə, o, Azərbaycan Respublikasının ali mükafatları – "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.

O, SSRİ-də ingilis dilində oxumağa icazə verilən yeganə müğənni idi.

Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə Moskvada vəfat edib. O, Bakıdakı Birinci Fəxri xiyabanda dəfn edilib.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
22 oktyabr 2026, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
22 oktyabr 2026, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
22 oktyabr 2026, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
22 oktyabr 2026, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
22 oktyabr 2026, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Aktual Xəbərlər
21 oktyabr 2026, 17:41

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Aktual Xəbərlər
21 oktyabr 2026, 16:47

DSX çobanın Ermənistana keçməsi barədə iddiaya münasibət bildirdi

Xəbər
21 oktyabr 2026, 15:48

"Borussiya"nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu

Xəbər
21 oktyabr 2026, 15:48

Məmur arvadı kanalizasiya quyusuna düşərək xəsarət aldı – Vəzifəli şəxs cərimələndi

Oxşar xəbərlər