top
Bu gün xan qızı Natəvanın doğum günüdür
15 avqust 2026, 17:26
- ↺ +

Bu gün xan qızı Natəvanın doğum günüdür

Bu gün Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın anadan olduğu gündür.

Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan 1832-ci ildə Şuşada anadan оlub. Atası ona öz anası Xurşidbanunun adını verib. Xurşidbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlarının sоnuncu vərəsəsi оlduğu üçün оnu sarayda "Dürrü yekta" (Tək inci), el arasında isə "Xan qızı" çağırıblar.

Tarixçilərin ehtimalına görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailəsi üzərində nəzarət gücləndirilib və Xurşidbanu Xasay xan Usmiyevlə izdivaca məcbur edilib. Belə bir ehtimal da var ki, Vоrоntsоvun şəxsi yavəri Xasay bəy Tiflisdə оnlara mülk iddialarında kömək göstərib və bunun müqabilində Xurşidbanuya evlənməyi təklif edib. 1850-ci ilin payızında Xasay bəy Şuşaya gələrək tоy edib və Xurşidbanunu Dağıstana - öz doğma kəndinə, оradan da Tiflisə aparıb.

1855-ci ildə Xurşidbanunun oğlu, 1856-cı ildə qızı dünyaya gəlib. Oğlunun adını Mehdiqulu, qızın adını isə Xanbikə qoyublar.

Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olub. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoyub. Bu fenomenin meydana gəlməsinin bir neçə əsas səbəbi var. Bunlardan biri şairənin soy köküdür. Yəni Natəvanda iki böyük nəslin - Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı var.

Natəvanın qızı Xanbikə xanım da anasının yolunu davam etdirərək, qəzəllər və rübailər yazıb. Onun bir neçə qəzəli Vasif Quliyevin "Dünənə uzanan cığır" kitabında çap olunub.

Natəvan yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən başlayıb. İlk vaxtlar onun "Xurşid" imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib-batıb, yalnız cüzi bir hissəsi bizə gəlib çatıb.

Natəvan həm də istedadlı rəssam olub. Onun bədii tikmələri "Gül dəftəri" (1886) adlı albomundakı rəsmlər buna sübutdur.

Natəvanın şəxsiyyət kimi özünü təsdiqləməsində, vətənə, doğulduğu torpağa bağlı olmasında həm də mənsub olduğu soyun, kökün, nəslin böyük təsiri var. Xeyriyyəçi, mesenat və fəal ictimai xadim kimi də xalqın yaddaşına həkk olub. Xurşidbanu Natəvan Şuşada "Məclisi-üns" ədəbi məclisini təşkil edib. 1873-cü ildə Şuşaya su kəmərini çəkdirib: bu su kəməri indi də "Xan qızı bulağı" adı ilə məşhurdur. Natəvan Araz çayından Mil düzünə də su kəməri çəkməyə təşəbbüs edib.

Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaldıb, onu həyat işığına həsrət qoyub. Ağlamaqdan gözlərinin nuru gedib, bədəni taqətdən düşüb.

Xurşidbanu Natəvan 1897-ci il oktyabrın 1-də vəfat edib və Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunub.

Adına küçə, klub, kitabxana və məktəb var. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və muzeylərimizdə saxlanılır.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Bu gün, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Bu gün, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Bu gün, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Bu gün, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Bu gün, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Bu gün, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Bu gün, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Bu gün, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Bu gün, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
Dünən, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
Dünən, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
Dünən, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
Dünən, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Dünən, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Dünən, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Dünən, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Dünən, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Dünən, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Dünən, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Dünən, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Dünən, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Oxşar xəbərlər