top
Bu tikintiyə görə sakinlərin işi çətinləşib - Aptekə belə taksi ilə gedirik
10 yanvar 2026, 11:24
- ↺ +

Bu tikintiyə görə sakinlərin işi çətinləşib - "Aptekə belə taksi ilə gedirik"

Bakıda sakinlər yeni yol infrastrukturunun təşkili ilə əlaqədar hərəkət çətinliyi yaşayırlar.

Bu şikayətlə bağlı qafqazinfo.az-a Binəqədi rayonu, 7 mikrorayon, Abay Kunanbayev küçəsinin bir qrup sakini müraciət edib.

Onların sözlərinə görə, artıq bir aydan çoxdur ki, həmin ərazidə yerləşən yeraltı tunel tamamilə bağlanıb: "Çinarlı Park" yaşayış kompleksi ilə Abay Kunanbayev küçələrinin kəsişməsində aparılan tikinti və layihələndirmə işləri, tunelin inşa olunması çox gözəl addımdır. Bağlanan tunel isə ərazi sakinləri üçün faktiki olaraq "dünyaya çıxış" rolunu oynayırdı. Bütün marşrut dayanacaqları məhz oradadır. İndi biz aptekə belə getmək üçün taksidən istifadə etmək məcburiyyətində qalırıq".

Vətəndaşlar deyir ki, tunelin bağlanması səbəbindən onlar 1.3 km-dən çox əlavə məsafə qət etməyə məcbur qalır: "Bu isə sadəcə Dərnəgül metrostansiyasına çıxışı təmin edir. Ən yaxın məktəb, bağça, aptek, mağaza və digər müəssisələr isə 3 km məsafədə yerləşir. Alternativ göstərilən marşrut piyadaların hərəkəti üçün nəzərdə tutulmadığından nə təhlükəsizlik, nə də əlçatanlıq baxımından uyğun hesab edilə bilər. Bu, xüsusilə yaşlı sakinlər, şagirdlər, körpəsi olan ailələr və işə gedib-gələn əhali üçün ciddi narahatlıq yaradır.

Bu tunel uzun müddətdir ki, sakinlərin əsas yola təhlükəsiz və qısa məsafə ilə çıxışı üçün yeganə əlverişli keçid olub. Lakin hazırda həmin tunelin bağlanması və ətrafda alternativ avtomobil yolunun tikintisi ilə bağlı işlərin aparılması nəticəsində gündəlik hərəkətimiz çətinləşib. Qış mövsümündə, soyuq havada bu, xüsusilə çətinlik deməkdir. Üstəlik, alternativ yol qaranlıqdır, işıqlandırma yoxdur, yolun vəziyyəti isə olduqca bərbaddır".

Alternativ yol kimi təqdim edilən küçədən çəkilən videonu saytımıza göndərən şikayətçilər qeyd ediblər ki, tikinti işlərinin nə vaxt bitəcəyi ilə bağlı məlumatlı deyillər. Onlar tikinti işləri başa çatanadək piyada tunelinin müvəqqəti olaraq yenidən istifadəyə verilməsi və ya ərazidə təhlükəsizlik normalarına uyğunlaşdırılmış müvəqqəti piyada keçidinin yaradılmasını istəyirlər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın icrasının təmin edilməsi məqsədilə AAYDA tərəfindən paytaxtın nəqliyyat sisteminin daha da müasirləşdirilməsinə yönəlmiş növbəti mühüm layihənin icrasına başlanılıb: "Layihə çərçivəsində "Çinarlı Park" yaşayış kompleksini Abay Kunanbayev küçəsi ilə birləşdirən avtomobil və piyada tunellərinin tikintisi nəzərdə tutulub və hazırda piyada keçidinin artıq söküntüsü aparılır. Ərazi yeni piyada tuneli və avtomobil tunelinin inşası üçün hazırlanır. İşlərin bu ilin sonunadək tamamlanması nəzərdə tutulub. Ərazidə alternativ piyada yolu var, sadəcə keçidlə müqayisədə bir az məsafə baxımından uzundur.

Alternativ yolun qaranlıq və şəraitsiz olduğuna gəldikdə isə ümumiyyətlə, mövcud durum agentlik olaraq bizi də narahat edir. Yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumlarla müzakirələr aparılacaq".

Son xəbərlər

Xəbər
Bu gün, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Bu gün, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Bu gün, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Bu gün, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Bu gün, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Bu gün, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Bu gün, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Bu gün, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Bu gün, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Bu gün, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Bu gün, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Bu gün, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Bu gün, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
Dünən, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
Dünən, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Dünən, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
03 oktyabr 2026, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
03 oktyabr 2026, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
03 oktyabr 2026, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
03 oktyabr 2026, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər