top
Buzovnada yeni avtobus parkı istifadəyə verilib
05 mart 2026, 18:00
- ↺ +

Buzovnada yeni avtobus parkı istifadəyə verilib

"BakuBus" MMC tərəfindən paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində "Albalılıq elektrik avtobus deposu" istifadəyə verilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bakuplus.az-a bildirilib ki, 4,3 hektar ərazini əhatə edən yeni avtobus parkının tikintisinə 2025-ci ilin iyul ayında başlanılıb.

Parkın ərazisində inzibati bina, müasir yuma kompleksi, təmir mərkəzi fəaliyyət göstərir. Depoda 2025-ci ildə Azərbaycanda istehsal edilən 167 ədəd "BYD" markalı tam elektrik mühərrikli avtobusa xidmət göstəriləcək.

Avtobusların 48 ədədi 77, 102 ədədi isə 81 nəfərlik sərnişin tutumuna malikdir. Nəqliyyat vasitələrinin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə 42 ədəd 240 kVt gücünə malik enerjidoldurma cihazı quraşdırılıb. Sözügedən avadanlıq həddindən artıq gərginlik, cərəyan, faza itkisi və digər risklərə qarşı çoxsaylı mühafizə funksiyaları ilə təchiz edilib.

Yeni avtobuslar 8 qəsəbə və 1 kənd üzrə – Mərdəkan, Şüvəlan, Bilgəh, Buzovna, Qala, Maştağa, Ramana və Nardaran qəsəbələri, eləcə də Məmmədli kəndini "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirəcək.

Avtobusların gündəlik təmizliyinin təmin edilməsi məqsədilə yaradılan müasir yuma məntəqəsi eyni vaxtda 2 avtobusa xidmət göstərir və proses 4 dəqiqə ərzində tamamlanır. Kompleksdə ekoloji tələblərə xüsusi diqqət yetirilir, istifadə olunan suyun 85 faizi təmizlənərək təkrar dövriyyəyə qaytarılır. Təmir mərkəzində texniki xidmətin operativ təşkili məqsədilə yağlama və çilingər işləri üçün 8, qəza təmiri və boyama işləri üçün isə 7 boks fəaliyyət göstərir. Yeni avtobus parkının istifadəyə verilməsi yalnız paytaxtın nəqliyyat sisteminin modernləşdirilməsinə deyil, eyni zamanda ölkənin iqtisadi və sosial inkişafına da mühüm töhfə verir. Layihə çərçivəsində 365 sürücü, 78 nəfər inzibati və texniki heyət olmaqla ümumilikdə 443 nəfər daimi işlə təmin edilir.

Qeyd edək ki, "BakuBus" tərəfindən 2024-cü ildə 160, 2025 və 2026-cı illərdə isə 200 elektrikli avtobus alınıb. Cari il ərzində əlavə 169 avtobusun alınması nəzərdə tutulur. Eyni zamanda, özəl daşıyıcılar tərəfindən də ekoloji təmiz elektrikli avtobusların alınması həyata keçirilir. Bütün bu tədbirlər nəticəsində isə yaxın zamanlarda Bakıda yalnız ekoloji təmiz nəqliyyat vasitələrinin xidmət göstərməsi təmin ediləcək.  

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
Dünən, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
Dünən, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Dünən, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
03 oktyabr 2026, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
03 oktyabr 2026, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
03 oktyabr 2026, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
03 oktyabr 2026, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
03 oktyabr 2026, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
03 oktyabr 2026, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
03 oktyabr 2026, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
03 oktyabr 2026, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
03 oktyabr 2026, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Oxşar xəbərlər