top
Cinayəti balaca qardaş törətdi, hakim böyük qardaşa iş kəsdi - YENİLƏNİB
27 noyabr 2025, 10:41
- ↺ +

Cinayəti balaca qardaş törətdi, hakim böyük qardaşa iş kəsdi - YENİLƏNİB

Müvafiq məqalədə guya cinayət törətməyən şəxs barəsində ittiham hökmü çıxarılması barədə  məlumat tamamilə həqiqəti əks etdirmir.

Bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, cinayəti törədən, barəsində həbs qətimkan tədbiri seçilən və ittiham hökmü çıxarılan şəxs fiziki olaraq Allahverdi Musa oğlu İsgəndərovdur. O, həbs edilərkən ödənilməmiş məhkumluğu olduğu üçün qəsdən qardaşının anket məlumatlarından istifadə edib. Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarı ilə iş üzrə məhkəmə hökmü ləğv edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinə geri qaytarılıb, şəxsin barəsində həbs qətimkan tədbiri qüvvəsində saxlanıb və təqsirləndirilən şəxsin anket məlumatlarının dəqiqləşdirilməsi üçün Ağır Cinayətlər Məhkəməsindən ilkin istintaqı aparmış quruma qaytarılıb. Hazırda həmin şəxs həbsdə saxlanılır, onun barəsində cinayət işi yenidən məhkəməyə veriləcək.

Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi tərəfindən müvafiq cinayət işinin ibtidai araşdırması üzrə məsul şəxslər barəsində də xüsusi qərar çıxarılaraq aidiyyəti üzrə istintaq qurumuna göndərilib.

***

10:35

Bakı Ağır Cinayətlər Məhkəməsində son illərin ən qeyri-adi məhkəmə qalmaqallarından birinə çevriləcək hadisə baş verib.

Haqqın.az xəbər verir ku, 39 yaşlı İsgəndər Musa oğlu İsgəndərov "cinayətini etiraf edib" və Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) məhkum olunub. 

Lakin sonradan məlum olub ki, cinayəti törədən əslində İsgəndər İsgəndərovun 30 yaşlı qardaşı Allahverən Musa oğlu İsgəndərovdur. 

Hakim Anar Sadıqovun sədrlik etdiyi məhkəmə heyəti bu məlumatları nəzərə almayaraq, cəzanı böyük qardaşa verib və onu həbsə göndərib. 

İstintaq məlumatlarına görə, azadlıqda qalan kiçik qardaşın bacısı ilə mübahisəsi yaranıb. 

Bacısı cinayəti ilk gündən kimin törətdiyini bilsə də, yalnız kiçik qardaşı ilə mübahisədən sonra hüquq-mühafizə orqanlarına müraciət edib və həqiqəti deyib. Onun müraciəti prosesdə dönüş nöqtəsi olub və ölkəni tələsik tərk etməyə çalışan Allahverən İsgəndərov hava limanında saxlanılaraq dərhal istintaqa cəlb edilib.

Bundan sonra cinayət işinə rəhbərlik edən əvvəlki müstəntiq vəzifəsindən kənarlaşdırılıb.

Az sonra hakim Anar Sadıqov da istefa verdiyini elan edib və bunu "elmi və pedaqoji fəaliyyətlə məşğul olmaq istəyi" ilə əlaqələndirib.

Hakimin gedişinin əsas səbəbi İsgəndərov qardaşları ilə bağlı işindetallarının üzə çıxmasıdır.

Məlumata görə, məhkəmə heyətinin digər üzvləri Fəxri Məmmədov və Mahirə Kərimova barəsində də araşdırma başlanıb.

Məhkəmə-Hüquq Şurası məsələ ilə bağlı sorğunu cavablandırmayıb.

Sabiq hakim Anar Sadıqovun Azərbaycan Vəkillər Kollegiyasına üz tutduğu bildirilir.

Son xəbərlər

Xəbər
Dünən, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
Dünən, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
Dünən, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Dünən, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Dünən, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Dünən, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Dünən, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Dünən, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Dünən, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Dünən, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Dünən, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Dünən, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Dünən, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Dünən, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Dünən, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Dünən, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Dünən, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Dünən, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Dünən, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
04 oktyabr 2026, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
04 oktyabr 2026, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Oxşar xəbərlər