top
Dədə Qorqudun Yalıncığının doğum günüdür
29 iyul 2026, 11:37
- ↺ +

"Dədə Qorqud"un Yalıncığının doğum günüdür

29 iyul Azərbaycanın əməkdar artisti, məşhur aktyor, peşəkar musiqiçi Əli Haqverdiyevin doğum günüdür. O, 1939-cu ildə Bakıda anadan olub. Əli Haqverdiyev yalnız aktyor kimi deyil, həm də istedadlı rəssam və peşəkar vokalçı kimi tanınıb. Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, Bülbül adına Musiqi Məktəbində və Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsində təhsil alıb. Böyük sənətkar Bülbülün tələbəsi olan Haqverdiyev sonralar Şövkət Məmmədovanın sinfində təhsilini davam etdirib. Maestro Niyazinin diqqətini cəlb edərək Opera və Balet Teatrına dəvət olunması onun sənət həyatında mühüm dönüş nöqtəsi olub. Burada bir sıra məşhur opera və musiqili səhnə əsərlərində obrazlar yaradıb, eyni zamanda uzun illər vokal müəllimi kimi fəaliyyət göstərib.

Əli Haqverdiyevin kino yaradıcılığında isə ən yaddaqalan obrazı, şübhəsiz ki, Tofiq Tağızadənin 1975-ci ildə çəkdiyi "Dədə Qorqud" filmindəki Yalıncıq obrazıdır. Məhz bu rol onu geniş tamaşaçı auditoriyasına tanıdıb və adı uzun illər Yalıncıq obrazı ilə yanaşı çəkilib. Maraqlı məqamlardan biri də budur ki, yaxınlarının xatirələrinə görə, aktyor sonralar bu rola çəkildiyinə görə peşmanlıq hissi keçirirmiş. Səbəb isə küçədə insanların onu tez-tez "Yalıncıq" deyə çağırması və bunun ona xoş təsir etməməsi olub.

Əli Haqverdiyev həmçinin rəssam kimi də fəaliyyət göstərib, qrafik portretlər çəkib və əsərləri sərgilərdə nümayiş olunub. O, yaradıcılığının ən məhsuldar dövründə, cəmi 53 yaşında faciəli şəkildə dünyasını dəyişib. 14 sentyabr 1992-ci ildə dəniz sahilində yüksək gərginlikli elektrik cərəyanının vurması nəticəsində həlak olub.

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər