top
Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama
Bu gün, 18:00
- ↺ +

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

"Əlavə təsirlər barədə bildirişlər Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə elektron şəkildə və ya kağız daşıyıcı da təqdim edilə bilər".

Bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" proqramında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Farmakonəzarət şöbəsinin eksperti Fəridə Aslanlı açıqlayıb.

Onun sözlərinə görə, əlavə təsirlər barədə bildiriş təqdim edilərkən müəyyən məlumatların qeyd olunması zəruridir:
"Başqa sözlə, əlavə təsirlər barədə bildirişlərdə əks etdirilməli olan minimum məlumatlar aşağıdakılardır:
bildirişi təqdim edən şəxs barədə məlumatlar;
pasiyent haqqında məlumatlar;
dərman vasitəsi haqqında məlumatlar;
əlavə təsir haqqında məlumatlar.
Əlavə təsirlər haqqında bildirişlər ilkin olaraq qəbul edildikdə, onların ehtiva etdiyi məlumatlar natamam ola bilər. Belə hallarda əlavə təsirin yaranma səbəblərini elmi cəhətdən qiymətləndirmək və digər zəruri məlumatları əldə etmək məqsədilə bildirişlər əlavə araşdırılır".

F. Aslanlı bildirib ki, əlavə təsir barədə məlumat bilavasitə pasiyentdən və ya istehlakçıdan alındıqda və təqdim olunan məlumatlar natamam olduqda, əlavə məlumatların əldə edilməsi məqsədilə müvafiq tibb işçisi ilə əlaqə saxlanılmasına razılığın alınmasına cəhd göstərilməlidir: "Şübhəli əlavə təsirlər haqqında kağız formatında təqdim edilən bildirişlər və elektron məlumatlar, o cümlədən pasiyentlərin və bildiriş təqdim edən şəxslərin identifikasiyasına imkan verən şəxsi məlumatlar, məlumatların toxunulmazlığına dair milli qanunvericiliyin tələblərinə uyğun olaraq saxlanılmalı və digər tibbi qeydlərlə eyni qaydada qorunmalıdır.Farmakonəzarət üzrə məlumatların konfidensiallığının və təhlükəsiz saxlanılmasının təmin edilməsi məqsədilə sənədlərə və məlumat bazasına yalnız səlahiyyətli personalın çıxışına ciddi nəzarət olunur. Təqdim edilən şəxsi məlumatların konfidensiallığı "Dərman vasitələrinin farmakonəzarət Qaydası"nın 19.2-ci bəndinin tələblərinə əsasən Mərkəz tərəfindən təmin edilir. Əlavə olaraq qeyd edim ki, Mərkəz əlavə təsirlər barədə bildirişlərdə toplanan məlumatların müntəzəm olaraq Ümumdünya Səhiyyə Təşkilatının Dərman Vasitələrinin Monitorinqi Mərkəzinə təqdim olunmasını da təmin edir".

Son xəbərlər

Xəbər
Bu gün, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Bu gün, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Bu gün, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Bu gün, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Bu gün, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Bu gün, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Bu gün, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Bu gün, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Bu gün, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Bu gün, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Bu gün, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
Dünən, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
Dünən, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
Dünən, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Dünən, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Dünən, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Dünən, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Dünən, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Dünən, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Dünən, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Dünən, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Dünən, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Oxşar xəbərlər