top
Dövlət qulluqçularının adından dələduzluq edən şəxslərin ölkədəki əlaqələri ifşa edildi - VİDEO
17 avqust 2026, 15:06
- ↺ +

Dövlət qulluqçularının adından dələduzluq edən şəxslərin ölkədəki əlaqələri ifşa edildi - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən saxta sosial şəbəkə profilləri və "WhatsApp" ani mesajlaşma hesabları vasitəsilə dövlət qulluqçuları, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə olunmaqla törədilən çoxsaylı kiberdələduzluq hallarına qarşı əməliyyat keçirilib.

Bu barədə Bakuplus.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlərlə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən kibercinayətkar qruplaşmalarla əlbir olaraq qeyd edilən cinayət əməllərində şübhəli bilinən Fərid Əliyev, Asiman Zeynalov, Tofiq Əliyev, Fərid Atakişiyev, Röyal Abdullayev, Anar Məmmədov, Rəşad Hacıyev və Həmid Əliyev saxlanılıb.

"Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmaların üzvləri ilə əlaqə yaradaraq onları yerli mobil operatorlara məxsus elektron nömrələr, qanunsuz fəaliyyətlərdə istifadə etdikləri bank kartları və digər məlumatlarla təmin ediblər. Həmin şəxslər tərəfindən onlayn satışı təşkil edilən mobil nömrə və bank kartlarından qeyd edilən kibercinayət əməllərinin törədilməsində istifadə olunduğu müəyyən edilib.

Əməliyyat zamanı saxlanılan şəxslərin qanunsuz yolla əldə etdikləri 2 mindən artıq bank kartı və elektron mobil nömrənin qeyd olunan cinayətkar əməllərə yönləndirildiyi aşkarlanıb. Həmin kart və mobil nömrələrin bəzilərinin qanunsuz onlayn qumar və kazino oyunlarının təşkili zamanı istifadə edildiyi də məlum olub.

Hazırda saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər aparılır. Xarici ölkələrdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmaların digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində də tədbirlər davam etdirilir.

Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, bank rekvizitlərinin və mobil nömrələrin üçüncü şəxslərə cinayət əməllərində istifadə olunması məqsədilə təqdim edilməsi yolverilməzdir. Əgər bank kartınızdan və ya mobil nömrənizdən qeyri-qanuni məqsədlərlə istifadə edildiyini müəyyən etmisinizsə, hesabınıza mənbəyi şübhəli olan pul vəsaitləri köçürülübsə, mobil nömrənizə şübhəli SMS-lər daxil olursa və ya sizə ödəniş müqabilində bank kartı məlumatlarınızı təqdim etmək təklif edilirsə, ayıq-sayıqlıq nümayiş etdirməyiniz və dərhal polis orqanlarına məlumat verməyiniz tövsiyə olunur", - məlumatda deyilir.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Bu gün, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Bu gün, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Bu gün, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Bu gün, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Bu gün, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Bu gün, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Bu gün, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Bu gün, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Bu gün, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
Dünən, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
Dünən, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
Dünən, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
Dünən, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Dünən, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Dünən, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Dünən, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Dünən, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Dünən, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Dünən, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Dünən, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Dünən, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Oxşar xəbərlər