top
Dövlət qulluqçularının maaşı ARTIRILIR
19 mart 2026, 11:25
- ↺ +

Dövlət qulluqçularının maaşı ARTIRILIR

Bu günlərdə "Dövlət qulluğu haqqında" qanunda və müvafiq qanunvericilik aktlarında edilən dəyişikliklər Azərbaycanda dövlət qulluğu sahəsində əməkhaqqı sistemində köklü dəyişikliklərə qərar verildiyini göstərir.

Məlum olduğu kimi, dövlət qulluğunda mükafat sistemi, dövlət qulluqçusuna staja, hakimiyyət səlahiyyətinə görə, habelə vəzifə maaşının müəyyən edilmiş misli qədər verilən, dövlət büdcəsi hesabına ödənilən əlavələr, həmçinin dövlət qulluqçuları üçün müalicə müavinəti ləğv edilir.

Apa.аz xəbər verir ki, dövlət qulluqçularının təminatlarından ləğv edilmiş bu əlavələr onların vəzifə maaşlarının baza hissəsinə daxil edilib.

Sadə dildə desək, köhnə mexanizmlər - həm kollektiv, həm də fərdi mükafatlar ləğv edilərək vəzifə maaşına daxil edilməklə beynəlxalq təcrübədə tətbiq edilən yeni vahid və nəticəyönümlü əməkhaqqı strukturu müəyyən olunur.

Mütəxəssislərin fikrincə, əvvəlki sistemdə dövlət qulluqçusunun əməkhaqqı mürəkkəb və qeyri-şəffaf idi - vəzifə maaşı ümumi gəlirin yalnız 35-45%-ni təşkil edir, qalan hissə isə staja görə əlavə, hakimiyyət səlahiyyətinə görə əlavə, kollektiv/fərdi mükafatlar və digər "misli ilə" ödənişlərdən ibarət olurdu. Bu mexanizmlər motivasiyadan daha çox idarəetmədə qeyri-müəyyənlik yaradırdı. Yeni modeldə isə hər şey sadələşib: aylıq əməkhaqqı indi əsasən vəzifə maaşı (baza), ixtisas dərəcəsinə görə əlavə, əmək şəraiti əlavələri və artıq iş saatları üçün haqdan ibarətdir. Ən əsası isə, yeni modeldə əməkhaqqının vəzifə maaşında ümumi payı artıq cəmi 35-45% deyil, orta hesabla 95%-dən yuxarı təşkil edəcək. Bu isə əməkhaqqının baza hissəsinin kəskin güclənməsi deməkdir.

Müvafiq qanunvericiliyə dəyişikliklərdən sonra mükafatlandırma mexanizmi də yenilənir. Hər il dövlət büdcəsində dövlət qulluqçularının aylıq vəzifə maaşının 3 misli həcmində xüsusi vəsait nəzərdə tutulurdu. Bu vəsait bayram günləri ilə əlaqədar kollektiv mükafatlandırma və xidmətdə fərqlənən şəxslərin fərdi qaydada təltif edilməsi üçün istifadə olunurdu. İndi isə bu mexanizmdən imtina edilir və mükafatlar ləğv edilir.

Digər mühüm addım müalicə müavinətinin ləğvidir. Bəzi dövlət orqanlarında əməkdaşlara hər il məzuniyyətə çıxdıqda və ya məzuniyyət hüququndan istifadə etmədikdə bir aylıq vəzifə maaşı həcmində verilən bu müavinət də artıq olmayacaq.

İnzibati təsnifat və ixtisas dərəcələrinə görə ödəniş səviyyələri də optimallaşdırılıb: inzibati vəzifələr üzrə 35, yardımçı vəzifələr üzrə isə 17 səviyyə müəyyən edilib. Staja görə isə 7 ödəniş pilləsi saxlanılıb.

Mütəxəssislər hesab edir ki, bu islahat dövlət qulluğunda motivasiyanı artıracaq və korrupsiya risklərini azaldacaq. Dövlət idarəetmə sistemində korrupsiyaya qarşı mübarizə isə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Beynəlxalq təcrübə də bunu təsdiqləyir.

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
Dünən, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
Dünən, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Dünən, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
03 oktyabr 2026, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
03 oktyabr 2026, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
03 oktyabr 2026, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
03 oktyabr 2026, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
03 oktyabr 2026, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
03 oktyabr 2026, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
03 oktyabr 2026, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
03 oktyabr 2026, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
03 oktyabr 2026, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Oxşar xəbərlər