top
Dövlətin dəstəyi olmasa, Azərbaycan teatrı yaşaya bilməyəcək - Aydın Talıbzadə
28 avqust 2025, 17:17
- ↺ +

"Dövlətin dəstəyi olmasa, Azərbaycan teatrı yaşaya bilməyəcək" - Aydın Talıbzadə

"Keçmiş SSRİ dövründə Azərbaycan teatrının uğurlu tamaşaları respublikadan kənarda oynanılıb və alqışlanılıb: di gəl ki, Azərbaycan teatrı sovet respublikaları arasında heç də lider mövqelərinə yüksəlməyib. Amma bu, artıq keçmişdə qaldı".

Bu sözləri yenisabah.az-a teatrşünas, yazıçı, professor, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə deyib.

O bildirib ki, bu gün bütün dünyada teatra marağın azalması bir tendensiyadır: "Gəlin, məsələyə qlobal şəkildə yanaşaq. Bu gün bütün dünyada teatra marağın azalması bir tendensiyadır. Bu fikir nəinki teatra, hətta kino sənətinə də aiddir. Çağdaş dönəmdə teatr heç cür aktual ola bilmir və odur ki, geniş auditoriyanı özünə cəlb etmək iqtidarında deyil. Hamı üçün ən maraqlı nəsnə informasiyadır. Müasir dövrdə sosial-iqtisadi, siyasi gündəm anbaan dəyişir, hamı siyasi xəbərləri diqqətlə izləyir. Nədən ki, onların hər biri taleyüklü məsələlərlə bağlıdır. Bu gün internet, müxtəlif TV-lər, sosial şəbəkələr xəbər konveyerləridir və potensial oxucunu, seyrçini maqnit kimi çəkib özlərinə "pərçim eləyirlər".

Aydın Talıbzadə deyib ki, bu informasiya burulğanında teatr heç cür öz fəaliyyətində bir balans tapa bilmir, öz fəaliyyətinə bəraət qazandıra bilmir: "Mən kimə və nə üçün lazımam? Mən kimin həyatında nəyi dəyişə bilərəm? Teatrın bu sualları cavablamaq gücü və özünə inamı yoxdur. Fəlsəfə, ekzistensional problemlər isə beyni yuyulmuş kütlə üçün bir elə də cəlbedici deyil. Bura süni intellekti də əlavə edək. Onu da unutmayaq ki, müharibə "topları guruldayanda, gözəl sənətlər susur. Bu problemin qloballığının bir əlaməti də ondadır ki, insanlar bu gün sanki seytnot vəziyyətində yaşayırlar, vaxt çatışmamazlığı ilə üzbəüzdürlər: müxtəlif səviyyədə, yəni siyasi, sosial, iqtisadi, mədəni platformada keçirilən tədbirlər, forumlar, görüşlər, olimpiadalar, çempionatlar o qədər çoxalıb ki, az qala təqvimin bütün günlərinə səpələnib. Teatra getmək isə bir ritualdır, bəlkə də özünəməxsus bir meditasiyadır: vaxt tələb edir".

Aydın Talıbzadə vurğulayıb ki, dövlətin teatra dəstəyi olmasa, Azərbaycan teatrı yaşaya bilməyəcək:

"Baxın, qısaca şəkildə mən dünya teatrının öz fəaliyyətində üzləşdiyi əsas problemlər müstəvisini sizin üçün cızdım. İndi keçək məxsusi Azərbaycan teatrına. Öncə seyrçinin maraq dairəsində olan repertuar, müasir insanın problemlərini işıqlandıran pyeslər.

İkinci: mobil, peşəkar, toplumun sevdiyi şəxsiyyətlərdən ibarət truppa; seyrçi teatra, ilk növbədə, sevdiyi aktyora baxmağa, onunla canlı təmas qurmağa gedir.

Üçüncü: seyrçini heyrətləndirən, onun düşüncələrini, fikirlər, duyğular aləmini "dağıdıb" yenidən yığa bilən peşəkar, savadlı rejissora.

Dördüncü: azərbaycanlı seyrçini tanımaq, onun psixikasına, tərcihlərinə yaxından bələd olmaq, milli adət-ənənələrin mühitindən baş çıxarmaq, müasir teatr dəblərindən Azərbaycan mentallığını nəzərə alaraq faydalanmaq. Bəli, Azərbaycan teatrının seyrçilər tərəfindən sevilən dönəmləri olub, hətta tamaşaçılar bilet almaq üçün teatrın qapılarına hücum çəkiblər.

Bu, fəxrdir ki, azərbaycanlılar öz teatrlarını belə bir şövqlə seviblər. Lakin bunu əsas götürərək demək ki, "Azərbaycan teatrının güclü ənənələri olub", bu, bir qədər etik və doğru deyil. Keçmiş SSRİ dövründə Azərbaycan teatrının uğurlu tamaşaları respublikadan kənarda oynanılıb və alqışlanılıb: di gəl ki, Azərbaycan teatrı sovet respublikaları arasında heç də lider mövqelərinə yüksəlməyib. Amma bu, artıq keçmişdə qaldı.

Bütün bu dediklərimlə yanaşı, Azərbaycan teatrının aşağı-yuxarı uğurlu tamaşalarının təbliğata ehtiyacı var ki, biz bunun vasitəsilə seyrçinin diqqətini şou-proqramlardan, dedi-qodu verilişlərindən, bir sözlə, ordan-burdan ayırıb teatra cəlb etməliyik. Bunun üçün teatr özünə inamını, özünə hörməti bərpa etməlidir, öz ləyaqətini uca tutmalıdır və iki gündən bir didişmə çamurluğuna yuvarlanmamalıdır.

O ki qaldı maliyyə məsələsinə, bilməliyik ki, dövlətin teatra dəstəyi olmasa, Azərbaycan teatrı yaşaya bilməyəcək. Bu, aksiomdur. Bir tamaşa ilə teatr bitib tükənmir: teatr orqanizmdir, simadır, xalqın portretidir və qayğı tələb edir. Teatr seyrçiyə yalnız sevgi bağışlayanda sevilir".

Qeyd edək ki, son rəsmi məlumata görə, Azərbaycanda 29 peşəkar teatr fəaliyyət göstərir. Son 1 il ərzində Azərbaycanda peşəkar teatrlara gedən tamaşaçıların sayı isə 400 min nəfər olub. Bir teatra düşən orta tamaşaçı sayına görə Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələr arasında sonuncu sırada yer alıb.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Xəbər
Dünən, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Dünən, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Dünən, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Dünən, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Dünən, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Dünən, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Dünən, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Dünən, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Dünən, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Dünən, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Dünən, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
05 oktyabr 2026, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
05 oktyabr 2026, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
05 oktyabr 2026, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
05 oktyabr 2026, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
05 oktyabr 2026, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
05 oktyabr 2026, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
05 oktyabr 2026, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
05 oktyabr 2026, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
05 oktyabr 2026, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
05 oktyabr 2026, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
05 oktyabr 2026, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Oxşar xəbərlər