top
Əhalimizin yarısı artıq çəkidən əziyyət çəkir
06 avqust 2026, 17:39
- ↺ +

Əhalimizin yarısı artıq çəkidən əziyyət çəkir

Azərbaycanda 15 yaşdan yuxarı əhalinin yalnız 40,4 faizi normal bədən kütlə indeksinə (BKİ) malikdir. Əhalinin böyük hissəsi isə artıq çəki və piylənmə kateqoriyasına daxildir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 15 yaşdan yuxarı əhalinin 48,2 faizi artıq çəkili (BKİ 26-30), 10 faizi isə piylənmədən (BKİ 31-dən yuxarı) əziyyət çəkir. Normal bədən kütlə indeksinə malik olanların payı 40,4 faiz, normadan az çəkiyə malik şəxslərin payı isə 1,4 faiz təşkil edir.

Statistikaya əsasən, yaş artdıqca artıq çəki problemi daha da dərinləşir. Belə ki, 45-64 yaş qrupunda əhalinin 61,1 faizi artıq çəkili, 16,6 faizi isə piylənmədən əziyyət çəkir. 65 yaş və yuxarı əhali arasında isə artıq çəkililərin payı 61 faiz, piylənmədən əziyyət çəkənlərin payı 18,6 faizdir.

Azərbaycanda kişilərin 53,7 faizi artıq çəkili, 9,3 faizi piylənmədən əziyyət çəkir. Qadınlarda isə 43,2 faiz artıq çəkili, 10,7 faiz piylənmə göstəricisi qeydə alınıb.

Rəsmi statistikaya görə, Azərbaycanda 15 yaşdan yuxarı əhalinin orta çəkisi 69,7 kiloqram, orta boyu isə 167,5 santimetrdir. Kişilərin orta çəkisi 73,7 kiloqram, qadınların orta çəkisi 66,1 kiloqram təşkil edir.

Mənbə: modern.аz

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər