top
“Əhməd haradadır?” filmindəki məşhur aktrisanın doğum günüdür
06 fevral 2025, 02:05
- ↺ +

“Əhməd haradadır?” filmindəki məşhur aktrisanın doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

6 fevral aktrisa Töhfə Əzimovanın doğum günüdür.

Bakuplus.az xəbər verir ki, Töhfə İbrahim qızı Əzimova 6 fevral 1938-ci ildə Bakı şəhərində anadan olub və cəmi iki filmə çəkilib.

O, ilk film təklifini rejissor Lətif Səfərovdan alaraq “Qızmar günəş altında” filmində Nərminə obrazını canlandırıb. Həmin vaxt on doqquz yaşı olan gənc Töhfə ali məktəbdə musiqi təhsili alırmış.

Filmin çəkilişləri zamanı Töhfə xanım kino rəssamı Cəbrayıl Əzimovla tanış olub. Əvvəlcə dost olan bu iki gəncin münasibəti sonradan böyük sevgiyə çevrilib və onlar 1958-ci ildə ailə həyatı qurub. Bu evlilikdən onların Elman adlı bir oğlu dünyaya gəlib.

Əzimova 1963-cü ildə “Əhməd haradadır?” filmində Leyla obrazını canlandırıb.

Töhfə xanım bu roldan sonra bütün respublikada, SSRİ  məkanında məşhurlaşıb. Lakin aktrisa bu iki filmdən sonra bir daha kamera qarşısına çıxmır və kino sahəsindən uzaqlaşır.

1969-cu ildə 43 yaşlı Cəbrayıl Əzimov yeganə oğlu Elman və onun dostlarını Şıxov çimərliyinə apararkən avtomobil qəzasına düşürək həlak olub.

Ərinin vaxtsız və faciəvi ölümündən sarsılan Töhfə Əzimova oğlunu tək böyüdərək ömrünün sonunadək Bakıdakı 1 nömrəli Musiqi məktəbində fortepianodan dərs deyib.

59 yaşı tamam olanda aktrisa özündə narahatlıq hiss etməyə başlayıb. Həkim müayinələrindən sonra onun başında şiş aşkar edilib.

Beş il evdən çölə çıxmayan Töhfə Əzimova amansız xəstəliyi ilə mübarizə aparsa da, 4 fevral 2003-cü ildə 65 yaşında vəfat edib və Yasamal qəbiristanlığında dəfn edilib.

Kamran Rza

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər