top
Eks-sevgilisindən Hidayətə ittihamlar - 550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb
11 sentyabr 2025, 17:09
- +

Eks-sevgilisindən Hidayətə ittihamlar - "550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb"

ş adamı Ş.Yunusova tanınmış fitnesçi, 1994-cü il təvəllüdlü Hidayət Məhərrəmlinin ona qarşı dələduzluq etdiyini, yarım milyondan çox pulunu ələ keçirdiyini deyir.

Qafqazinfo.az-a müraciət edən 36 yaşlı xanım biznesmen H.Məhərrəmli ilə əvvəllər sevgi münasibətində olduğunu, qarşı tərəfin onun etibarından sui-istifadə etdiyini deyib.

O iddia edib ki, bir vaxtlar taksi sürücüsü olan Hidayət hazırda əldə etdiyi hər şeyi onun hesabına qazanıb:

"5 il əvvəl Hidayət Məhərrəmli ilə o taksi sürücüsü işləyəndə təsadüfən tanış olmuşdum. Sonra mənə idman zalında məşq keçdiyini dedi. Mən məşq etdiyim zaldan çıxıb, onun məşq keçdiyi idman zalına getməyə başladım. Hidayət mənim harada işlədiyimi, nə işlə məşğul olduğumu biləndən sonra münasibətlərimiz 3-4 ayın içində daha da sıxlaşdı və mənə evlilik təklif etdi. Mən isə bir-birimizə çox güvəndiyimizi deyərək hələ 2-3 il birgə işləməyi, öz markamızı yaratmağı, onun yarışlarda iştirak edərək məşhurlaşa biləcəyini və bundan sonra rahat evlənəcəyimizi dedim və buna razılaşdıq. Münasibətlərimiz barəsində mənim və onun ailəsi də məlumatlı idi, bir-birimizin evində dəfələrlə olmuşduq, aramızda ciddi münasibət formalaşmışdı".

Ş.Yunusova bildirib ki, bundan sonra o, Hidayətin məşhurlaşması, yarışlarda iştirakı üçün böyük məbləğdə pul xərcləyib, həmçinin Hidayətin təklifi ilə gəlir əldə etmək üçün ona çoxlu pul verib: "Münasibətimizin başlamasından sonra onun tanınması, marketinqi üçün böyük məbləğlər yatırmağa başladım. Məqsəd isə o idi ki, məşhurlaşsın, tələbələri çox olsun, birgə brend yaradaq, həmin brendi təmsil etsin və bundan gəlir əldə edək. Həmişə mənə deyirdi ki, protein satışında yaxşı pul var, yaxşı gəlir əldə edə bilərik. Mən də başladım ona hissə-hissə pullar verməyə.

Belə ki, protein satışı, idman geyimlərinin istehsalı, idman qidalarının satışı və göyərti toxumlarının satışı biznesi üçün hissə-hissə pullar almağa başladı. "Prius" markalı maşın sürdüyünə görə deyirdi ki, bu maşına görə adama hörmət qoymurlar. Ona görə əvvəlcə ona "Lexus", daha sonra "Mercedes" markalı lüks avtomobil aldım. Ümumilikdə ona 4 dəfə, hər dəfə daha bahalı olmaqla avtomobil və avtomobil nömrə nişanı almışam. Onu ancaq "Under Armour" firmasından geyindirirdim, mənim kartımla Dubayda, Türkiyədə alış-verişlər edirdi, ən bahalı telefonlar, aksesuarlar alırdıq ki, tanınsın və bu yolla da biznesimizi də inkişaf etdirək. Hazırda boynunda olan 14 min manatlıq boyunbağını da mən almışam. Maşının üzərindəki bahalı nömrə də mənim adımadır. Lakin daha sonra məlum oldu ki, Hidayət heç bir biznes qurmayıb və vəd etdiyi şeylər də yalandır, biznes qurmaq üçün aldığı 550 min manat pulu istəyəndə isə müxtəlif yollarla bundan boyun qaçırmağa başladı".

Şikayətçinin sözlərinə görə, Hidayət Məhərrəmli pullarını geri istədikdə onu döyməyə, eləcə də hədələməyə başlayıb: "İlk illər məni döyməyib. Lakin onun yalanlarını, vəd etdiyi biznesi qurmadığını, gəlir gətirmədiyini görərək pulumu istəyəndən sonra mənə şiddət göstərməyə başladı və dəfələrlə döyərək xəsarətlər yetirdi. Həmçinin məni müxtəlif tanışları, dövlət qurumlarında işləyən şəxslərin adları ilə şantaj etməyə başladı. Hətta qardaşımla da təhdidlər edirdi, onu tutduracağını deyirdi, mənim də başıma oyun açdıracağını, əxi dostlarına əlimi kəsdirəcəyini, evdən kənara çıxa bilməyəcəyimi deyirdi. Hər dəfə deyirdi ki, heç kim ona heç nə edə bilməz. Bütün günü sosial şəbəkədə videolar paylaşır, mənə acıq verir ki, "hara şikayət edirsən elə, həyat mənim vecimə deyil".

Ş.Yunusova üzləşdiyi vəziyyətlə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini və Hidayət Məhərrəmlinin əməlləri ilə bağlı araşdırmaların başladığını qeyd edib: "Mən əslində onunla birgə quracağımız biznes üçün daha çox xərc çəkmişəm, onun məşhurlaşması və bu yolla biznesi inkişaf etdirməsi üçün müxtəlif xarici yarışlara getməsini, ən bahalı restoran və hotellərdə qalmasını, hər il ən prestijli şəkildə ad günlərini qeyd etməsini və çəkilişlər etməsini təşkil edərək maliyyələşdirmişəm. Lakin geri istədiyim məbləğ sırf biznes qurmaq və gəlir əldə etmək adı ilə məndən aldığı vəsaitdir. Xahiş edirəm aidiyyəti qurumlar müraciətimə baxsınlar və mənə dəymiş zərərin ödənilməsinə köməklik etsinlər".

Məsələ ilə bağlı Hidayət Məhərrəmlinin özü ilə əlaqə saxladıq. Tanınmış fitnesçi bildirdi ki, Ş.Yunusovanın iddiaları həqiqətə uyğun deyil: "Deyilənlərin hamısı yalandır, şər-böhtandır. Mənim əlimdə sübutlar, videolar var. O xanımla mən 2 ildir ki, əlaqəmi kəsmişəm. O, məni şantaj edir. Hazırda bununla bağlı polis tərəfindən araşdırma aparılır və araşdırmanın nəticəsində də hər şey məlum olacaq".

DİN-in Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, vətəndaşa məxsus pul vəsaitlərinin ələ keçirilməsinə dair daxil olan müraciət üzrə DİN-in aidiyyəti baş idarəsində araşdırma aparılır. Təfərrüatlar araşdırma predmetidir.

 

 

 

 

Son xəbərlər

Xəbər
Bu gün, 11:29

Səhiyyə Nazirliyi Elnarə Canlı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

Xəbər
Bu gün, 10:46

90 min manatlıq mənzili sahibinin xəbəri olmadan satdı

Xəbər
Bu gün, 10:45

Bakıda kişi qayınanasını bıçaqladı - "Yaxşı eləmişəm" sözünə görə...

Xəbər
Bu gün, 10:21

Bakıda şənbə günləri axşam konsertləri keçirilir - FOTO

Xəbər
Bu gün, 10:15

Azərbaycanda yaşlılar daha çox, gənclər daha az boşanır – RƏQƏMLƏR

Xəbər
Bu gün, 09:56

DYP velosipedçilərə müraciət edib

Xəbər
Bu gün, 09:27

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 21:00

10-16 avqust tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
08 avqust 2026, 20:50

Azərbaycan Prezidenti ABŞ Prezidentinə məktub ünvanlayıb

Xəbər
08 avqust 2026, 20:00

İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub

Xəbər
08 avqust 2026, 18:00

FHN sabah çimərliyə gedəcək şəxslərə müraciət etdi

Xəbər
08 avqust 2026, 17:37

PUA ilə ölkəyə keçirilən narkotikləri satanlar tutuldu

Xəbər
08 avqust 2026, 16:30

İşlədiyi evdən 10 min manat oğurladı, tutuldu

Xəbər
08 avqust 2026, 15:30

Taksidən pul və bank kartları oğurlandı

Xəbər
08 avqust 2026, 14:31

Əmircan Şəhidlər Xiyabanında vandalizm aktı - İDDİA + VİDEO

Xəbər
08 avqust 2026, 14:20

Bloqerin əri xanımının ad günündə ölübmüş

Xəbər
08 avqust 2026, 13:20

Sabah Bakıda 39 dərəcə isti olacaq

Xəbər
08 avqust 2026, 12:21

Bakıda dənizdə batan yeniyetmənin meyiti tapıldı

Xəbər
08 avqust 2026, 11:24

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda və daş kömür göndərildi

Xəbər
08 avqust 2026, 11:12

Türkiyə Super Liqasına gəldiyim üçün sevincliyəm – Nəriman Axundzadə

Xəbər
08 avqust 2026, 10:42

"Zirə"dəki mühit yaxşı deyildi - Leroy Mikels

Xəbər
08 avqust 2026, 09:45

Azərbaycan kino əfsanəsinin doğum günüdür

Xəbər
08 avqust 2026, 09:33

Milli Qəhrəman Hökümə Əliyevanın doğum günüdür

Xəbər
07 avqust 2026, 18:00

Prokurorluq Almaniya vətəndaşının Bakıda ölməsi ilə bağlı araşdırma aparır

Oxşar xəbərlər