top
Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?! - Həkimdən NARAZILIQ
Bu gün, 09:33
- ↺ +

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

İcbari tibbi sığortanın həkimlərə ödədiyi məbləğlərlə bağlı narazılıq yaranıb.

Bakuplus.az xəbər verir ki, bununla bağlı bir neçə həkim şəxsi sosial şəbəkə hesabında paylaşım edib. Onlardan biri də üz və çənə cərrahı Xəyal Aşurəliyevdir. 

O, İcbari Tibbi Sığorta üzrə həkimlərə ödənilən məbləğlərin ciddi əməliyyatlar və riskli xəstələr üçün yetərli olmadığını bildirib. Həmçinin həkim paylaşımında İcbari Tibbi Sığortanı məhkəməyə vermək istədiyini də qeyd edib. 

"Sual verəcəyəm hakim bəyə. Hörmətli hakim bəy, əlini qoy vicdanına, lütfən vicdanın ilə cavab ver. Əl boyda qüsurlu bir körpənin 3 saatlıq əməliyyatından 80 manat alacağımı bilə-bilə, bu stresi yaşamaq mənə rəvamıdır?!" – deyə paylaşımda bildirilib.

O, həmçinin qeyd edib ki, belə əməliyyatlarda anestezioloqa ödənilən məbləğ təxminən 20 manat təşkil edir.

Müayinə üçün talonda 25 manat göstərilsə də, həmin məbləğin yalnız 1 manat 80 qəpiyinin həkimə çatdığını iddia edib.

Şikayətçinin sözlərinə görə, riskli xəstələrlə bağlı məsuliyyətin yüksək, ödənişlərin isə aşağı olması bəzi həkimlərin belə pasiyentləri qəbul etməkdən çəkinməsinə səbəb olur.

Həkim baş vermiş başqa bir hadisəni də nümunə kimi göstərib. Onun sözlərinə görə, 9 aylıq, yüksək iltihab göstəriciləri və 40 dərəcə hərarəti olan uşaq gecə saat 23:00-da əməliyyat olunub. Daha sonra uşaq 15 gün ərzində hər gün sarğıya götürülüb və müalicəsi davam etdirilib. Həkim həmin işə görə icbari tibbi sığortadan 32 manat ödəniş alıb.

O, bu məbləğlərin həkimlərin üzərinə düşən məsuliyyət və görülən işlə müqayisədə uyğun olmadığını deyib.

Həkim həmçinin TƏBİB nümayəndəsinin bir dəfə ombudsmanın tapşırığı ilə qüsurlu körpənin əməliyyat olunması üçün onunla əlaqə saxladığını bildirib. O, əməliyyat zamanı uşağın vəziyyətinin ağırlaşacağı təqdirdə məsuliyyət məsələsinin necə həll olunacağını soruşduğunu, bundan sonra isə həmin müraciətlə bağlı yenidən əlaqə saxlanılmadığını qeyd edib.

Şikayətçi hesab edir ki, icbari tibbi sığorta çərçivəsində mürəkkəb və riskli əməliyyatlara görə həkimlərə ödənilən məbləğlər yenidən nəzərdən keçirilməlidir.

Son xəbərlər

Xəbər
Bu gün, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Bu gün, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Dünən, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
Dünən, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
Dünən, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Dünən, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Dünən, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Dünən, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Dünən, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Dünən, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Dünən, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Dünən, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Dünən, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Dünən, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Dünən, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Dünən, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Dünən, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Dünən, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Dünən, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Dünən, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Dünən, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
04 oktyabr 2026, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Oxşar xəbərlər