top
Elza İbrahimovanın doğum günüdür
09 yanvar 2025, 22:56
- ↺ +

Elza İbrahimovanın doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

10 yanvar görkəmli bəstəkar, əməkdar incəsənət xadimi, xalq artisti Elza İbrahimovanın doğum günüdür.

Elza İbrahimova 1938-ci il yanvar ayının 10-da Hacıqabul rayonunda anadan olub. Məktəbi bitirdikdən sonra 1953-1957-ci illərdə Asəf Zeynallı adına musiqi kollecində orta musiqi təhsili alıb, 1957-1964-cü illərdə isə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında dahi bəstəkar Qara Qarayevin sinfində oxuyub.

Əmək fəaliyyətinə 1957-ci ildən etibarən ayrı-ayrı musiqi məktəblərində konsertmeyster kimi başlayan Elza İbrahimova 1970-1972-ci illərdə Azərbaycan Respublikası Dövlət Radio və Televiziya Komitəsində redaktor işləyib, 1972-1983-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda və 1985-1993-cü illərdə Asəf Zeynallı adına musiqi kollecində çalışıb.

Bəstəkarlıq fəaliyyəti ilə hələ tələbəlik illərindən məşğul olan Elza İbrahimova ayrı-ayrı janrlarda çoxsaylı əsərlər yaradıb. Onun fortepiano və skripka üçün konsertləri, simfonik poema, oratoriya və operaları musiqi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Sənətkar, həmçinin bir neçə teatr tamaşasına musiqilər bəstələyərək bu janrda da özünü sınayıb.

Elza İbrahimova müasir Azərbaycan musiqisində mahnı janrının inkişafında xüsusi xidmətlər göstərib. Onun müxtəlif illərdə bəstələdiyi və Rəşid Behbudov kimi görkəmli müğənnilərimizin repertuarında xüsusi yer tutan mahnıları bəstəkara geniş şöhrət gətirib. Bəxtiyar Vahabzadə, Əlağa Kürçaylı, Rəfiq Zəka və digər şairlərin sözlərinə yazılan bu mahnılar böyük şöhrət qazanıb.

Ölkəmizdə musiqiçi kadrların hazırlanması sahəsində də Elza İbrahimova özünün bilik və bacarığını əsirgəməyib.

O, Azərbaycan Respublikasının və o cümlədən Dağıstan Respublikasının xalq artisti fəxri adlarına layiq görülüb.

Elza İbrahimova 2012-ci il fevralın 11-də 75 yaşında vəfat edib. Bəstəkar İkinci Fəxri Xiyabanda dəfn olunub.

Son xəbərlər

Xəbər
Bu gün, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
Bu gün, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
Bu gün, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
Bu gün, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Bu gün, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Bu gün, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Bu gün, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Bu gün, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Oxşar xəbərlər