I qrup üzrə abituriyent Səmra Mahmudova 692,6 bal toplayaraq ADA Universitetinin Kompüter elmləri ixtisasına qəbul olub.
Qafqazinfo.az xəbər verir ki, 2025/2026-cı tədris ili üzrə ən yüksək keçid balı məhz ADA-nın Kompüter elmləri ixtisasına aid olub və həmin balı Səmra Mahmudova əldə edib.
Məlum olub ki, Səmra bu ixtisasa imtahanla qəbul olub təhsil alan yeganə tələbə olacaq. Belə ki, sözügedən ixtisas üzrə ayrılmış 30 dövlət sifarişli yerin 29-u Respublika Fənn Olimpiadasının (RFO) qalibləri tərəfindən müsabiqədənkənar tutulub. Qalan bircə yerə isə məhz yüksək bal toplayan Səmra qəbul olub.
Məlumat üçün bildirək ki, bu il müxtəlif yarışlarda yüksək nəticə göstərən 208 nəfər ali təhsil müəssisələrinə müsabiqədənkənar yerləşdirilib.