top
“Ərimə deyirəm ki, sanki səni mən doğmuşam” - İradə İbrahimova
18 mart 2025, 00:27
- ↺ +

“Ərimə deyirəm ki, sanki səni mən doğmuşam” - İradə İbrahimova

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Özümü o qədər də gözəl hesab etmirəm. Yaşın da gətirdiyi bir gözəllik var. İç dünyası... O da ola bilər. Onun yanında da xırda toxunuşlar edirəm. Pis örnək olmaq istəmirəm. Əslində mən sağlam həyat tərzi və qidalanmaqdan bəhs edirəm. Bacım Nigarın da mənə tövsiyələri var ki, mən onun məsləhətlərinə sona qədər güvənmişəm, inanmışam".

Olay.az xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova "Sabahın xeyir, Azərbaycan!" verilişinə müsahibəsində deyib.

Sənətçi qidalanmasından və formada qalmasından söz açıb:

"Elə gün yoxdur ki, sirkəli su içməyim. Oyanan kimi əsla yemək yemirəm. 18:00-dan sonra hər hansısa bir yerə qonaq gedəcəyəmsə, yemək məsələsini yalnız o saata saxlayıram. Yəni o qonaqlıqda yemək yeyirəm və bitirirəm yemək işini. Mütləq şəkildə hər gün özümü 40 dəqiqə yeriməyə məcbur edirəm. Bir də ki həyatımda olmazsa olması kitab oxumaqdır".

İbrahimova bir az da xasiyyətindən bəhs edib:

"Deyirlər ki, bir az sərt ana və həyat yoldaşıyam. Amma bunu mən qəbul etmirəm. Xasiyyət olaraq qarmaqarışıq, dəyişkən insanam. Ruh halım çox dəyişkən olur. Hətta bunu ailə üzvlərim də hərdən vurğulayır. Bəzən qəhqəhə ilə gülə də, bəzən də ağlaya da bilirəm. Yuvanı hər zaman dişi quş qurur. Qadın istəsə hüzurlu və hüzursuz da ortam yarada bilir. Amma mən hər zaman hüzuru sevmişəm. Hətta bəzən həyat yoldaşıma deyirəm ki, sanki səni mən doğmuşam. Müşahidə etməyi çox sevirəm. Onun bir baxışından "belə bir demək istədin" dediyimdə, o etiraz edəndə söyləyirəm ki, amma səni çox gözəl tanıyıram. Yenə də bütün yükün qadında olduğunu hesab edirəm. Buna etiraz edənlərə, etiraz edib və yükü bir az həyat yoldaşına yükləyənləri alqışlayıram hər zaman. Mən bunu edə bilmədim. Çünki hər şeyə özüm yetişmək və kontrolumda saxlamağı sevirəm. Bu mənə hüzur verdiyi üçün etdim. Bu hal olanda qarşı tərəf də deyir ki, yəqin bunu edə bilməyəcəyimi düşündüyü üçün bütün yolları sizin üçün açır. Canına da minnət... Qadın yorulur, deyinir".

İradə bildirib ki, özünə qarşı hörmətsizlik və laqeyidlik görəndə əsəbiləşir:

"Hörmətsizlik - susa bilməyəcəyim bir vəziyyətdir. Özümə qarşı hörmətsizlik, laqeyidsizlik görsəm... Sərhəd var, onu keçməyə heç kimə icazə vermirəm: uşaqlarım, həyat yoldaşım, bacılarım, heç fərq etmir".

"Ailənizlə yaxın gələcəkdə Türkiyədən Azərbaycana köçməyi düşünürsünüz?" sualına müğənninin cavabı belə olub:

"Bu haqda heç zaman düşünməmişəm. Həyat sürprizlərlə doludur. Bilmək olmaz, bəlkə nə zamansa ailəmlə birgə Azərbaycana köçüb, burada yaşaya bilərik"

Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzərlə ailə həyatı qurub.

Cütlüyün 2010-cu ildə İpək adlı qız övladı dünyaya gəlib. 2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlan övladı dünyaya gətirib.

Hazırda isə İradə İbrahimova ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərində yaşayır.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər