top
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində hakimlər kollegiyası müşavirəyə gedib
31 iyul 2026, 20:06
- +

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində hakimlər kollegiyası müşavirəyə gedib

İyulun 31-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

Bakuplus.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Məhkəmə iclasının əvvəlində məlumat verilib ki, prosesdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndəsi də müşahidəçi qismində iştirak edir.

Məhkəmə təqsirləndirilən şəxslərin replikası ilə davam etdirilib.

Təqsirləndirilən Bako Sahakyan replika hüququndan istifadə edərək çıxışı davam etdirib. O, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Digər təqsirləndirilən şəxslər Vasili Beqlaryan, Arkadi Qukasyan, Levon Mnatsakanyan, Madat Babayan, Qurgen Stepanyan, David Manukyan, Davit İşxanyan, David Babayan, Melikset Paşayan, Qarik Martirosyan, Davit Allahverdiyan, Levon Balayan və Erik Qazaryan, eləcə də onların bəzilərinin müdafiəçiləri də replika hüququndan istifadə edərək ittiham tərəfinin çıxışlarına münasibət bildiriblər.

Müdafiəçilər əsasən hüquqlarını qoruduqları şəxslər barəsində birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş ediblər. Təqsirləndirilən şəxslər isə öz arqumentlərini diqqətə çatdıraraq ittiham olunduqları əməllər üzrə özlərini təqsirli bilmədiklərini qeyd ediblər. Bununla da bütün təqsirləndirilən şəxslərin replika hüququndan istifadə hüququ başa çatıb.

Daha sonra zərərçəkmiş şəxslərin nümayəndələri çıxış edərək birinci instansiya məhkəməsinin hökmünün qanuni və əsaslı olduğunu, iş üzrə bütün faktların məhkəmə araşdırması zamanı sübuta yetirildiyini bildiriblər. Bu səbəbdən onlar həmin hökmün dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş ediblər.

Ardınca söz dövlət ittihamını müdafiə edən prokurorlara verilib.

Onlar qeyd ediblər ki, birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslıdır, təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərində göstərilən dəlillər isə onun ləğvi və ya dəyişdirilməsi üçün əsas yaratmır. Bu səbəbdən apellyasiya şikayətlərinin təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını xahiş ediblər.

Məhkəməyə sədrlik edən hakim Elmar Rəhimov verilmiş apellyasiya şikayətləri üzrə məhkəmə baxışının başa çatdığını elan edib. Məhkəmə kollegiyası qərar qəbul etmək üçün müşavirəyə gedib.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Bakıda tələbə vəfat etdi

Xəbər
Bu gün, 17:10

Bakıda DƏHŞƏT: 40 yaşlı kişi yanaraq öldü

Xəbər
Bu gün, 16:45

Azərbaycana gələcək bu şəxslər üçün viza prosedurları sadələşdirildi - SƏRƏNCAM

Xəbər
Bu gün, 16:11

Zahid Oruc tıxacların günahkarını açıqladı – Kənddən gələnlər...

Xəbər
Bu gün, 15:20

Bakıda 31 yaşlı həkim vəfat etdi - Öd əməliyyatından sonra

Xəbər
Bu gün, 14:22

Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışdı

Xəbər
Bu gün, 13:37

"Bu gölməçə heç vaxt qurumur" - Nardaranlılar beziblər

Xəbər
Bu gün, 12:59

Sabah Bakıda yağış yağacaq

Xəbər
Bu gün, 12:13

Ramiz Mehdiyevin işi məhkəmə baxışına təyin olundu - YENİLƏNİB

Xəbər
Bu gün, 11:23

Bu marşrut avtobusları "Şamaxinka"da saxlamayacaq

Xəbər
Bu gün, 11:01

Kafedə iranlı ilə mübahisə etdi, digər müştərini bıçaqladı

Xəbər
Bu gün, 10:19

Bakıda 70 yaşlı qadın xeyriyyə adı altında dələduzluq etdi

Xəbər
Bu gün, 10:00

FHN ötən həftə 62 nəfəri xilas edib - 20-si azyaşlıdır

Xəbər
Bu gün, 08:06

Paraqvay parlamentində ilk dəfə Azərbaycanın uğurlarından danışılıb

Xəbər
Dünən, 21:00

21-27 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Xəbər
19 sentyabr 2026, 18:21

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Xəbər
19 sentyabr 2026, 16:01

Yeniyetmə anasına niyə 12 bıçaq zərbəsi vurdu? - YENILƏNİB

Xəbər
19 sentyabr 2026, 14:24

"Formula-1"lə əlaqədar 26 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Xəbər
19 sentyabr 2026, 12:12

Masazırda kişi qonşunun 9 yaşlı uşağını döydü - Öz övladına görə

Xəbər
19 sentyabr 2026, 11:31

Bir sutkada qazanılan tarixi Zəfər

Xəbər
19 sentyabr 2026, 11:01

Aida İmanquliyevanın anım günüdür

Xəbər
19 sentyabr 2026, 00:01

Lokal antiterror əməliyyatlarından üç il ötür

Xəbər
18 sentyabr 2026, 19:16

Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb

Oxşar xəbərlər