top
Ermənistanın müdafiə nazirinin sabiq müavini: Girirdik, kəndləri dağıdırdıq
25 sentyabr 2025, 15:29
- ↺ +

Ermənistanın müdafiə nazirinin sabiq müavini: "Girirdik, kəndləri dağıdırdıq"

Sentyabrın 25-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi Ermənistanın müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryanın mətbuata müsahibəsinin sübut kimi tədqiq olunması ilə davam etdirilib.

AZƏRTAC xəbər verir ki, müsahibədə M.Qriqoryan Ermənistanın keçmiş prezidentləri Rovert Koçaryanın və Serj Sarkisyanın Azərbaycan ərazilərinin vaxtilə işğal edilməsində iştirakından da danışıb.

O, Ermənistandan yüksək rütbəli hərbçilərin, general və polkovniklərin həmin vaxt işğal altında olan Azərbaycan ərazilərində hərbi bölmələr yaratmaq üçün göndərildiyini də söyləyib. Generallardan birinin isə adını çəkərək, onun Gümrüdən gəlmiş Artuşa olduğunu deyib.

M.Qriqoryan azərbaycanlıların qətlə yetirildiyini, kəndlərin talan edildiyini də etiraf edib və deyib: "Başladıq türklərin kəndlərini tutmağa. Girirdik, kəndləri dağıdırdıq, məhv edirdik.

Onlara (azərbaycanlıları) qarşı terror əsdirirdik, onları terrora məruz qoyurduq".

M.Qriqoryan Ermənistan silahlı qüvvələrinə məxsus briqadanın komandiri olmasından da bəhs edib. Bildirib ki, bununla əlaqədar Ermənistana çağırılıb, müdafiə naziri Vazgen Manukyanın əmri ilə Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərinə göndərilib. Bundan sonra Azərbaycanın Füzuli rayonunun 47 kəndini işğal edblər.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Xəbər
Dünən, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Dünən, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Dünən, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Dünən, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Dünən, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Dünən, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Dünən, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Dünən, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Dünən, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Dünən, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Dünən, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
05 oktyabr 2026, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
05 oktyabr 2026, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
05 oktyabr 2026, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
05 oktyabr 2026, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
05 oktyabr 2026, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
05 oktyabr 2026, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
05 oktyabr 2026, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
05 oktyabr 2026, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
05 oktyabr 2026, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
05 oktyabr 2026, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
05 oktyabr 2026, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Oxşar xəbərlər