top
Əsgərlik məsələsini hamam suyu ilə həll edibmiş...
25 sentyabr 2025, 13:33
- ↺ +

Əsgərlik məsələsini "hamam suyu" ilə həll edibmiş...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürov və digər iki zabitin məhkəmə araşdırması davam edir.

Qafqazinfo.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hazırkı mərhələdə ittiham tərəfinin şahidləri ifadə verir.

Şahid Əhməd Əhmədov deyib ki, xaricdə magistratura təhsili aldığı üçün hərbi xidmətdən möhlət hüququ alması lazım imiş. Bu məsələdə tanışının vasitəsilə Ramin Şükürovla görüşüb: "Dostumun atası əvvəllər hərbi komissar olub. Bu işdə mənə o kömək etdi. Onunla birlikdə Xəzər Rayon Hərbi Komissarlığına getdik. Orada rəis Ramin Şükürovla görüşdük. Komissara dedim ki, belimdə və gözümdə problemlər var, həmçinin xaricdə təhsil alıram. Dedilər ki, bu məsələyə baxacağıq. Tibbi müayinələrdən sonra dostumla təkrar görüşdüm. Söylədi ki, bu iş 22 min manata həll edilə bilər. Həmin pul da hərbi komissara çatacaqmış. Pulu verəndən sonra da xidmətə yararsız olmağım barədə hərbi bileti verdilər".

Şahid Araz Məmmədov isə həmin Dövlət Xidmətində işləyən tanışı vasitəsilə başqa birinin əsgərlik məsələsini həll edib: "Mən özüm Yasamalda kafe işlədirəm. Müştərim Bəhrəm Cəlilov var idi, Səfərbərlik Xidmətində işləyirdi. Bir gün ofisiantlardan birinin qohumunun əsgərlik məsələsini həll etməyi xahiş etdim. Bunun üçün 6 min manat istədi. Həmin pulu ona verdim. Amma Ramin Şükürovu tanımıram. Bəhrəmin pulu ona verib-vermədiyini də bilmirəm".

Hakim Fikrət Əliyev şahidin əvvəlki ifadəsini elan edərkən məlub olub ki, Arazın özünün də bu işin həll edilməsində marağı olub. Belə ki, onu sadəcə yaxşı qonaqlıqla şirnikləşdiriblər. İş düzələndən sonra da hamam qonaqlığı təşkil edilib. Qonaqlıqda xidmətdən yayınan çağırışçı özü də iştirak edib.

Proses oktyabrın 1-i digər şahidlərin dindirilməsi ilə davam edəcək.

Qeyd edək ki, cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunub. Ramin Şükürov haqda ilk vaxtlar işçiləri ilə birgə ev dustaqlığı qətimkan tədbiri seçilsə də, sonradan prokurorun təkrar təqdimatı əsasında həbs edilmişdi. O, bundan əvvəlki məhkəmədə yenidən ev dustaqlığına buraxılıb. Zabitlərə qarşı Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Xəbər
Dünən, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Dünən, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Dünən, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Dünən, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Dünən, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Dünən, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Dünən, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Dünən, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Dünən, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Dünən, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Dünən, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
05 oktyabr 2026, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
05 oktyabr 2026, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
05 oktyabr 2026, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
05 oktyabr 2026, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
05 oktyabr 2026, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
05 oktyabr 2026, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
05 oktyabr 2026, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
05 oktyabr 2026, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
05 oktyabr 2026, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
05 oktyabr 2026, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
05 oktyabr 2026, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Oxşar xəbərlər