top
Ev işlərini görmədiyi üçün arvadını döydü
04 may 2026, 14:23
- +

Ev işlərini görmədiyi üçün arvadını döydü

Bakının Nizami rayonunda 33 yaşlı kişi arvadına xəsarət yetirib.

Demokrat.az xəbər verir ki, hadisə ötən ilin noyabrın 24-də baş verib. Bakı şəhər sakini Əfsən həmin gün saat 16 radələrində birgə yaşadıqları evdə arvadı Nəsibə ilə (adlar şərtidir – red.) mübahisə edib.

Onların arasında mübahisənin yaranmasına səbəb Nəsibənin mənzildə ev işlərini görməməsi olub. Bu məsələ ilə bağlı Əfsənin arvadına irad bildirməsi nəticəsində aralarında mübahisə yaranıb. Mübahisə zamanı o, əl və ayağı ilə qadının baş və ayaq nahiyələrinə zərbələr endirib. Nəticədə Nəsibəyə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirilib.

Faktla bağlı Əfsənə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Əfsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində törətdiyi əməli etiraf edib, barəsində amnistiya aktının tətbiq edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini istəyib.

Nizami Rayon Məhkəməsinin hökmü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının müvafiq bəndlərinə əsasən təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə və işin icraatına xitam verilib.

Son xəbərlər

Xəbər
Bu gün, 17:09

Səhiyyə Nazirliyi uşaqları bağçaya gedən valideynlərə müraciət edib

Xəbər
Bu gün, 16:10

Küləyə qarşı "tədbir": Soyuducu-vitrini ağaca bağladılar - VİDEO

Xəbər
Bu gün, 15:17

Azərbaycanda balıq ovu mövsümü açıq elan edildi

Xəbər
Bu gün, 14:20

Məktəbdən NARAZILIQ: "Bəs nazirlik nə işlə məşğuldur?" - VİDEO

Xəbər
Bu gün, 13:22

Vüsal Şilderin qətlinin sifarişçisinin məhkəməsi başlayır

Xəbər
Bu gün, 12:42

Sabiq kanal rəhbərinin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş

Xəbər
Bu gün, 12:10

Damı təmir edirdi, yıxılaraq öldü

Xəbər
Bu gün, 11:10

Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi

Xəbər
Bu gün, 10:18

"Bravo"dan yağ oğurlayan şəxs həbs edildi

Xəbər
Bu gün, 09:35

Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq

Xəbər
Dünən, 18:00

Sabah Hövsanda su olmayacaq

Xəbər
Dünən, 17:30

"28 May"da narazılıq yaradan küçə ticarəti yığışdırıldı - YENİLƏNİB

Xəbər
Dünən, 16:49

Restoranda 2 qardaşı bıçaqlayana bu cəza verildi

Xəbər
Dünən, 16:27

Toyundan əvvəl qaçan 17 yaşlı qızın ailəsi nəzarətə götürüldü

Xəbər
Dünən, 15:50

Azərbaycanda bu il 12 erkən evlilik cəhdinin qarşısı alınıb - RƏSMİ

Xəbər
Dünən, 14:50

Qaradağda anbardan 70 min manatlıq oğurluq

Xəbər
Dünən, 13:55

Kürdəxanıdakı Soltan Əli məscidinin bərpası planlaşdırılır

Xəbər
Dünən, 13:53

"Həzi Aslanov"da küçə alverindən sonra biabırçı mənzərə" - ŞİKAYƏT

Xəbər
Dünən, 13:00

Bakıda hoteldə ŞOK OLAY: kişinin ürəyi dayandı

Xəbər
Dünən, 12:39

Leysan olacaq, şimşək çaxacaq

Xəbər
Dünən, 12:08

Ağır qəza keçirən Xalq artistinin SON DURUMU

Xəbər
Dünən, 10:44

Müəllimlərin MAAŞI ARTACAQ - bu imtahandan sonra

Xəbər
Dünən, 10:14

Evə sərxoş gələn qardaşını döydü - "Anamın üzərinə hücum çəkdi"

Xəbər
Dünən, 09:35

Yasamal rayonunun bir sıra ərazilərində işıq olmayacaq

Oxşar xəbərlər