top
Evini kirayə verənlər nələri bilməlidir? - YENİ QAYDALAR
Bu gün, 14:24
- ↺ +

Evini kirayə verənlər nələri bilməlidir? - YENİ QAYDALAR

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Mənzilini kirayəyə verən vətəndaşlar əldə etdikləri gəlirdən vergi ödəməli, bəzi hallarda isə vergi ödəyicisi kimi uçota alınaraq VÖEN əldə etməlidirlər. Verginin ödənilməsi və bəyannamənin təqdim edilməsi qaydası kirayə haqqını ödəyən şəxsin vergi uçotunda olub-olmamasından asılıdır.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin digər fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri bu qaydadan istisnadır.

Kirayə haqqını ödəyən şəxs vergi orqanında uçotda olan fiziki şəxsdirsə, o, vergini ödəmə mənbəyində tutmalı, gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməli və müvafiq vergi bəyannaməsini təqdim etməlidir.

Kirayə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda deyilsə, mənzilini kirayəyə verən vətəndaş özü və ya təyin etdiyi vergi agenti vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və gəlirindən 10 faiz dərəcə ilə vergi hesablamalıdır.

Bu halda gəlir vergisi bəyannaməsi hesabat ilindən sonrakı ilin martın 31-dən gec olmayaraq təqdim edilməli, hesablanmış vergi də həmin müddətdə dövlət büdcəsinə ödənilməlidir.

Bəs VÖEN-i necə əldə etmək olar?

Dövlət Vergi Xidmətinin məlumatına görə, fiziki şəxs "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni və şəxsiyyətini təsdiq edən sənədin surətini vergi orqanına təqdim etməklə uçota alına bilər. Bu xidmət ödənişsizdir.

Qeydiyyat ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Uçota alınma barədə şəhadətnamə emal müddəti nəzərə alınmaqla elektron kabinetə göndərilir. Ərizədə qeyd edildiyi halda, sənəd kağız daşıyıcıda da təqdim olunur.

Vətəndaşlar vergi orqanına getmədən də elektron qaydada qeydiyyatdan keçə bilərlər. Bunun üçün gücləndirilmiş elektron imza, o cümlədən "Asan İmza" vasitəsilə İnternet Vergi İdarəsi portalından istifadə etmək mümkündür.

Mənbə: milli.az

Son xəbərlər

Xəbər
Bu gün, 15:00

Siqaret çəkənlərin sayına görə Azərbaycan dünyada neçənci yerdədir?

Xəbər
Bu gün, 14:38

MMC direktoru məhkəmə qərarını icra etmədi – Bank hesablarına həbs qoyuldu

Xəbər
Bu gün, 13:49

Ölkədə ətin qiyməti bahalaşdı

Xəbər
Bu gün, 13:34

Xarici vətəndaşlara Azərbaycanda 7,3 milyon manat ƏDV qaytarılıb

Xəbər
Bu gün, 13:26

Sabah hava necə olacaq?

Aktual Xəbərlər
Bu gün, 13:04

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Aktual Xəbərlər
Bu gün, 12:29

Bu ay Azərbaycanda meteor yağışı müşahidə edilə bilər

Xəbər
Bu gün, 12:01

Azərbaycanda ən yüksək maaş alanlar kimlərdir? - SİYAHI

Xəbər
Bu gün, 11:51

Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi

Aktual Xəbərlər
Bu gün, 11:26

Bakıda milyonluq mənzillər: onları bu qədər bahalı edən nədir?

Xəbər
Bu gün, 10:00

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlandı

Xəbər
Dünən, 21:00

12-18 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
10 oktyabr 2026, 17:18

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

Xəbər
10 oktyabr 2026, 16:24

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Xəbər
10 oktyabr 2026, 14:54

Bakıda müştəri 600 qram araq içib kafe sahibini BIÇAQLADI

Xəbər
10 oktyabr 2026, 13:30

Başqa qadınla yazışmaq 1500 manata başa gəldi

Xəbər
10 oktyabr 2026, 12:22

Qızı qətlə yetirildi, oğlu xərçəngdən öldü – Xalq artistinin anım günüdür

Xəbər
10 oktyabr 2026, 11:08

İlham Əliyevdən bəzi hakimlərlə bağlı SƏRƏNCAM

Xəbər
10 oktyabr 2026, 10:26

Banklar bu şəxslərə kredit verməyəcək

Xəbər
10 oktyabr 2026, 09:58

Azərbaycan şərqşünaslığında iz qoyan Aida İmanquliyevanın doğum günüdür

Xəbər
10 oktyabr 2026, 00:01

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Xəbər
09 oktyabr 2026, 17:32

Gecə uşaqları çölə çıxarıb ac-susuz saxlayıblar... - Ana və sevgilisi həbs edildi

Suraxanı
09 oktyabr 2026, 16:40

"Hövsanın adını bədnam etməyin" - Müğənni Cindən sakinlərə irad

Oxşar xəbərlər