top
Fuad Nağıyev 9.8 milyonu dörd şirkət arasında bölüşdürüb
06 mart 2025, 06:25
- +

Fuad Nağıyev 9.8 milyonu dörd şirkət arasında bölüşdürüb

Məlum olduğu kimi, son günlər Dövlət Turizm Agentliyi (DTA) ətrafında qalmaqal baş verir. Qurumun sədri Fuad Nağıyev bir neçə gün əvvəl şiddətli töhmət alıb.

Qeyd edək ki, bu töhmətə səbəb Fuad Nağıyev və Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımovun bəzi məlumatları gizli şəkildə xarici təşkilatlara ötürmələri olub.

Dünən isə o, artıq istintaqa çağırılıb. Rəsmi məlumatlarda bildirilir ki, Dövlət Turizm Agentliyinin (DTA) vəzifəli şəxsləri ilə bağlı aparılan araşdırma xidməti sənədlərin sızdırılması ilə yanaşı, agentlikdəki korrupsiya faktları ilə də bağlıdır.

Tribunainfo.az Dövlət Turizm Agentliyinin son bir ildə keçirdiyi tenderləri araşdırıb. Bu zaman bəzi maraqlı məqamlar meydana çıxıb. Açıq mənbələrdən məlum olan odur ki, agentlik 2024-cü il ərazində toplam 50 tender keçirib. Bu müsabiqələrdə xərclənən vəsaitin ümumi məbləği isə 16 milyon 978 min 214 manat təşkil edib.

Bu araşdırmalardan aydın olan odur ki, Turizm Agentliyi keçirdiyi tenderləri özünə simsar bilən şirkətlərə verib. Məsələn, xarici səfərlər, onların təşkili məsələləri bir şirkətə, daxildəki tədbirlərin keçirilməsi başqa bir şirkətə, iri tikinti layihələri bir başqa şirkətə, nisbətən ortabab tikinti işləri isə ayrıca bir şirkətə verilib. Və açıq mənbələrdə bu sistem o qədər aydın görünür ki, əlavə məlumat almaq üçün dağa-daşa düşməyə gərək qalmır.

Qeyd edək ki, Dövlət Turizm Agentliyinin keçirdiyi ən bahalı tenderlərin qalibi “Ricon” MMC olub. Ötən il bu şirkətlə iki satınalma müqaviləsi bağlanılıb. Həmin müqavilələrin dəyəri isə 4.9 milyon manatdan çox olub. Bu məbləğ ümumi tenderə sərf olunan pulun təxminən 30 faizi deməkdir. Həmin pullarla Agentlik “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun abadlaşdırılmasını (1.3 milyon manat) və Daşaltı kəndində turizm infrastrukturunun yaradılmasını (3.6 milyon manat) reallaşdırıb.

Öncəliklə qeyd edək ki, sözügedən şirkətin 263 min 918 manat vergi borcu var. Qanuna əsasən vergi borcu olan şirkət tenderlərdə iştirak edə bilməz. Amma nə hikmətdirsə, DTA vergi borcu olan şirkətlə satınalma müqaviləsi bağlayıb.

İkincisi, “Ricon” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əliyar Əliyev 45, m. 91-də yerləşir. Nizamnamə kapitalı 20 manat olan “Ricon” MMC 29 dekabr 2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi İsmayılov Rəşad Rəhim oğludur. Bu şəxs haqqında açıq mənbələrdə hər hansı məlumat mövcud deyil.

Keçək digər detallar. DTA maraqlı bir sxem quraraq, ondan kənara çıxmayıb. Məsələn, agentlik ötən il “Vitam” MMC ilə 6 satınalma müqaviləsi imzalayıb. Bu müqavilələrin toplam dəyəri isə 1 milyon 569 min 814 manata bərabər olub. DTA bu şirkətdən həm mebel alıb, həm də ona Daşkənd, London, Seul və Moskvada keçirilən sərgilərin stendinin quraşdırılmasını həvalə edib.

Xaricdəki tədbirlərdə stendlərin quraşdırılmasını həmçinin “SMARTEXPO” MMC də həyata keçirib. DTA bu şirkətlə də ötən il 4 satınalma müqaviləsi bağlayıb. Həmin müqavilələrin dəyəri isə 666 min 125 manat təşkil edib.

DTA-nın bir başqa sevimli şirkəti isə “Admedia.az” MMC-dir. Agentlik bu şirkətə əsasən daxildə keçirilən tədbirləri həvalə edib. Məsələn, Şuşadakı qastranomiyaya aid tədbir və Qarabağın sağlamlıq turizmi tədbirlərini bu şirkət təşkil edib. Ümumilikdə bu şirkətlə toplam dəyəri 674 min 891 min manatlıq 5 tender müqaviləsi imzalanıb.

Turizm Agentliyinin bahalı tenderləri sırasında üç başqa şirkətin də adı var. Onlardan biri “Baku Holiday” MMC-dir ki, ötən il ərzində bu şirkətlə DTA arasında iki satınalma müqaviləsi imzalanıb. Agentlik xaricdə təşkil etdiyi bu tədbirlər üçün Agentlikdən 2.3 milyon manat alıb. Rəsmi qaynaqlarda bu pulun da 2.2 milyon manatı Cənubi Koreyadan Mərakeşə qədər olan ölkələrdə tədbirlərin keçirilməsinə sərf edildiyi qeyd edilib.

Belə bahalı tədbirlərdən birini də “F.S TRAVEL” MMC təşkil edib. Bu şirkət Türkiyə, Küveyt, Oman, Səudiyyə Ərəbistanı, Dubay, Bəhreyn, Qətər, Avstriya, Almaniya, İsveçrə, Polşa, Çexiya, Macarıstan, Böyük Britaniya, Latviya, Litva, Estoniya, İsveç, Bolqarıstan, Cənubi Afrika ölkələrində Azərbaycanı “tanıdıb” və bunun üçün Agentlikdən 1 milyon 296 min 157 manat alıb.

Milyonluq tender anlaşmasında “JP CONECO GROUP” MMC-də iştirak edib. Bu şirkət Basqaldakı “Hacı Bədəl” məscidinin bərpasını 410 min 623 manata, “Kiş”Tarix-Memarlıq Qoruğunda tikinti işlərini isə 693 min 560 manata reallaşdırıb.

Və yekunda Dövlət Turizm Agentliyinin ən “maraqlı” iki tenderi barədə qısaca məlumat verək. Belə ki, dövlət qurumu “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda avtomobil dayanacağının tikintisinə 583 min 416 manat pul xərcləyib. Bu işləri isə “CONSTRUCTION BUSINESS GROUP” MMC-yə tapşırıb.

İkinci “maraqlı” tender isə Kulinariya Mərkəzinin əsaslı təmiri və avadanlığın alınması ilə bağlıdır. Tribunainfo.az xəbər verir ki, təmir işləri “PROMOR” MMC ilə həyata keçirilib və Turizm Agentliyi bu işlərə 638 min 675 manat ayırıb. Mərkəz üçün mətbəx avadanlıqlarının satın alınması isə “RR-2019” MMC-yə həvalə olunub. Bu işlər üçün isə 256 min 632 min manat xərclənib.

Yazıda adı keçən qurum və şirkətlərin də mövqeyini dərc etməyə hazırıq.

Son xəbərlər

Xəbər
Dünən, 17:52

Stadionda yeni qaydalar: "Neftçi" - "Qarabağ" oyunu ilə bağlı azarkeşlərə XƏBƏRDARLIQ

Xəbər
Dünən, 14:49

Bakıdakı "German Hospital" BAĞLANIR?

Xəbər
Dünən, 13:28

Bakıda şagird sinif yoldaşını yandırdı

Xəbər
Dünən, 11:54

Məktəb bufetlərində uşaqlar nə yeyir? - Şok faktlar

Xəbər
Dünən, 10:41

Bu gün milyonların sevimlisi Nəsibə Zeynalovanın doğum günüdür

Xəbər
Dünən, 09:36

Prezident İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət edib

Xəbər
19 aprel 2026, 21:00

20 - 26 aprel tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
18 aprel 2026, 14:59

Bank borcunu ödəməyənlərlə bağlı YENİ QAYDA

Xəbər
18 aprel 2026, 13:14

"Valideynlər övladlarını ərköyün böyüdür, müəllimin tərbiyəsinə də mane olurlar" - Deputat

Xəbər
18 aprel 2026, 12:44

"Ege Hospital"da yeni doğulan körpə ölüb

Xəbər
18 aprel 2026, 11:25

Qadın ondan borcunu tələb edən qonşusunun burnunu sındırdı

Xəbər
18 aprel 2026, 09:23

Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Xəbər
17 aprel 2026, 18:04

Buraxılış imtahanının nəticələri elan olunub

Binəqədi
17 aprel 2026, 17:05

Keçmiş arvadını qətlə yetirib evi partlatdı - Özü də öldü

Xəbər
17 aprel 2026, 16:06

Bakıdan Qusara gedib iftar verdi, məscidin qarşısında keçmiş QAYINATASINI BIÇAQLADI

Xəbər
17 aprel 2026, 15:46

Biləcəri dəmir yolu stansiyasındakı keçid bərbad haldadır

Binəqədi
17 aprel 2026, 11:01

Qardaşını körpəsinin gözü qarşısında QƏTLƏ YETİRDİ

Xəbər
17 aprel 2026, 10:54

Xalq artisti Ramiz Mirişlinin anım günüdür

Xəbər
17 aprel 2026, 09:28

Sevgilisinin telefonda başqa qızla yazışmasını görən qadın döyüldü

Xəbər
16 aprel 2026, 17:42

Qamışlıqlar qurudulur, villalar tikilir, Bakı da su altında qalır

Xəbər
16 aprel 2026, 16:00

Azərbaycanın süni intellektlə hazırlanan ilk tarixi sənədli filmi AzTV-də!

Xəbər
16 aprel 2026, 14:54

Məktəbdə silah - Hamı günahkardır, heç kim günahkar deyil

Xəbər
16 aprel 2026, 13:33

Maştağalılar evlərinə daxil ola bilmir - Küçələr hələ də su altındadır

Xəbər
16 aprel 2026, 12:42

Masazır əhalisi təngə gəlib – Dünən qaz yox idi, bu gün işıq

Oxşar xəbərlər