top
Görkəmli bəstəkarın doğum günüdür
07 noyabr 2024, 05:00
- ↺ +

Görkəmli bəstəkarın doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün görkəmli bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi olan Tofiq Quliyevin doğum günüdür.

Bakuplus.az xatırladır ki, Xalq artisti Tofiq Quliyev Azərbaycan caz və estrada musiqisinin banilərindən biridir.

Tofiq Ələkbər oğlu Quliyev 1917-ci il noyabrın 7-də Bakının Bilgəh kəndində anadan olub.

O, 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə Konservatoriyaya daxil olub. Həm İ.S.Aysberqin sinfində fortepiano, həm də S.Q.Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib.

1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə "Məktəbli" mahnısını bəstələyib.

1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı "Rast", "Segah", "Zabul", "Dügəh" muğamlarını fortepiano üçün hazırlayıb.

Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilən Tofiq Quliyev orada A.Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayıb.

1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə "Qırmızı ordu" ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın "Qırmızı flot" hissəsinin rəhbəri olub.

Müharibədən sonra M.Əzizbəyov (dram), S.Vurğun (rus dram), M.Qorki (gənc tamaşaçılar) teatrları ilə əməkdaşlıq edib.

XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb.

1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub və A.Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. Həmin il "Azərbaycan xalq rəqsləri" toplusunu hazırlayanlardan biri olub.

Tofiq Quliyev 1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1956-1958-ci illərdə bir neçə mahnısı "Azərbaycan mahnıları" musiqi cildinə salınıb.

1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub. 1960-1970-ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərində iştirak edib.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 17:38

Səkkiz avtobus marşrutunun hərəkət sxemi dəyişir

Aktual Xəbərlər
Bu gün, 17:32

Din xadiminə sui-qəsd hazırlayanlara HÖKM OXUNDU

Xəbər
Bu gün, 17:08

Bacısına mesaj yazan qaynını bıçaqladı

Siyasət
Bu gün, 16:38

Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

Xəbər
Bu gün, 16:17

Bakıda müdir maaşını istəyən işçisini döydü

Siyasət
Bu gün, 15:52

Prezident: "Sülh hələ də kövrəkdir, onu möhkəmləndirmək lazımdır"

Xəbər
Bu gün, 15:33

Nərimanov rayonunda bərbad yol: sakinlər şikayətçidir

Xəbər
Bu gün, 14:41

Azərbaycanda gənc kişilər arasında ölüm göstəricisi qadınlardan iki dəfə çoxdur - Foto

Xəbər
Bu gün, 14:34

Tələbələr arasında dava: "Kişi deyilsən?" deyib komaya saldı

Xəbər
Bu gün, 13:20

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

Aktual Xəbərlər
Bu gün, 13:07

İlham Əliyev: "Müharibə bizim seçimimiz olmayıb"

Aktual Xəbərlər
Bu gün, 12:14

"Rəqəmsal rabitə" informasiya sistemi yaradılıb - FƏRMAN

Xəbər
Bu gün, 11:54

Bakıda yük maşını yolda xarab oldu - Əsas prospektlərdən birini bağladı

Aktual Xəbərlər
Bu gün, 10:45

İstanbuldakı fırtına Bakıda da gözlənilir? - AÇIQLAMA

Aktual Xəbərlər
Bu gün, 09:38

Bakıda gənc oğlan bıçaqlandı

Xəbər
Bu gün, 09:25

Bakıda tozlu hava iki gün davam edəcək

Xəbər
Bu gün, 00:05

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

Xəbər
Bu gün, 00:01

14 oktyabr 2020-ci il: Vətən müharibəsinin 19-cu günü

Xəbər
Dünən, 17:24

Bakıda yeniyetmə futbol oynadığı zaman cinayət törətdi

Xəbər
Dünən, 17:00

Lavrov Bakıya gələcək

Siyasət
Dünən, 16:56

Şavkat Mirziyoyev Bakıya gəlir

Siyasət
Dünən, 16:40

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

Xəbər
Dünən, 15:58

Azərbaycanlılar ən çox nəyə pul xərcləyirlər? – SİYAHI AÇIQLANDI

Xəbər
Dünən, 15:11

Bakıda ər arvadını kreditə görə döydü

Oxşar xəbərlər